Məhkəmə qərarları › İş №2(009)-2684/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2684/2021

06.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2684/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin qəyyumluq və Himayəçilik şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi vəfat etmiş həyat yoldaşının bacısı (baldızı) - 24.04.1957-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmyan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalıdır. AR MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Hakim qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələni (ərizənin verilməsi) psixi qüsurları olan şəxsin ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumları (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanı və psixiatriya (psixonevroloji) müəssisəsi qaldıra bilər. Psixi qüsuru olan X2 ərizəçinin baldızı, yəni yaxın qohumlar sırasına daxil olmadığı üçün, onun belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Psixi qüsuru olan şəxsin yaxın qohumları olmadığı halda belə bir ərizə məhkəmədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırıla bilər. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılır. Hakim hesab edir ki, ərizə hüququ olmayan şəxsi tərəfindən verilərək imzalandığından sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin qəyyumluq və Himayəçilik şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar