Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2686/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İHakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə ümraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdir. Bu müraciətə 10 gün müddətində cavab verilmədikdə şəxslər mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən maraqlı şəxs cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi ilə bağlı həmin orqana müraciət etməlidir. Həmin müraciətə cavab verilmədiyi halda mülki mühakimə icraatı qaydasında əmlakın həbsdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Hakim qeyd edir ki, iddiaçı üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi üçün cinayət prosesini həyata keçirən orqana müraciət etməsi ilə bağlı iddia ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, qanunda cinayət prosesini həyata keçirən orqan tərəfindən üzərinə həbs qoyulmuş əmlakın mülki mühakimə icraatı qaydasında həbsdən azad edilməsi ilə bağlı məhkəmədənkənar həlli qaydası müəyyən edilmişdir. Həmin qaydaya riayət edilmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət edilməməsi kimi qiymətləndirilir. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim qanunun yuxarıda göstərilən tələblərinə əsasən hesab edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar həlli qaydasına raiyət etmədiyindən, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim izah edir ki, iddiaçı ilk növbədə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanına müraciət etməli, həmin orqan cavab verməzsə, yoxsa bunu etməkdən imtina edərsə, əmlakın həbsdən azad edilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Hakim həmçinin qed edir ki, iddiaçı tərəfindən mübahisəli əmlak üzərinə həbsin qoyulmasını təsdiq edən sənədlər də iddia ərizəsinə əlavə olunmamışdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı əmlak üzərindən həbsin götürülməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2686/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2686/2021
06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver