Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2706/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Kreditor "xxxx" MMC-nin Borclu qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmri çıxarılmasına dair ərizənin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC Borclu qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim ərizəni araşdıraraq qeyd edir ki, tələbkar tərəfindən verilmiş tələb AR MPM-nin 276-cı maddəsi ilə də nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Kreditor məhkəməyə verilmiş ərizədə borcluya alğı-satqı müqaviləsinə əsasən satılmış əşyanın satış qiymətinin 2289 manat olmasını göstərmişdir. Ərizəyə əlavə olunmuş alğısatqı müqaviləsindən isə görünür ki, borcluya satılmış əşyanın qiyməti 1469 manat kimi qeyd edilmişdir. Hakim qeyd edir ki, kreditor tərəfindən ərizəyə əlavə olunmuş sənədlərlə borcludan tələb edilən məbləğ arasında ziddiyət olduğu üçün, borclunun ərizədə tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən sənədlər təqdim olunmadığı üçün və bu hal tələbin mübahisəli olmasını təsdiq etdiyi üçün, verilmiş ərizənin əmr icraatı qaydasında baxılması yolverilməzdir. AR MPM-nin 279.2.2 və 279.2.3-cü madədlərinə əsasən əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, hakim məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd edilən Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Beləliklə hakim hesab edir ki, kreditorun tələbi müqaviləyə əsaslansa da, həmin tələb mübahisəli olduğundan, ərizəyə əmr icraatı qaydasında baxılması yolverilməzdir və bu səbəbdən ərizə geri qaytarılmalıdır. Gösətərilənlərə əsasən və AR MPM-nin 279-cu maddəsini rəhbər tutaraq… QƏRARA ALDİ : Kreditor "xxxx" MMC-nin Borclu qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2706/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2706/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver