Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2804/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 24 avqust 1968-ci il təvəllüdlü X3 09 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və orada daimi (faktiki) olaraq yaşayır. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti ilə təsdiq edir. Mərhum anası X7 24.08.1968-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bunu hazırkı ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi anasına məxsus olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə təsdiq edir. 24.08.1968-ci il təvəllüdlü X7 09.10.2021-ci il tarixində vəfat etmişdir. Ölüm gününə kimi həmin evdə qeydiyyatda olub və yaşamışdır. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötrü X4 məxsus ölüm haqqında şəhadətnamənin olması zərurəti yaranmışdır. Bununla bağlı olaraq, Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, həmin qurum tərəfindən müraciəti qəbul edilməmiş və bununla bağlı ona müvafiq imtina məktubu ünvanlanaraq rəsmi şəkildə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bunu hazırki ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi 05/Q-1399/15 nömrəli 14.10.2021-ci il tarixli müvafiq imtina məktubunun əsli ilə təsdiq edir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, anasının, yəni X3 şəkər xəstəliyi var idi. Dünyasını dəyişmədən bir gün əvvəl ürəyinin ağrıdğını deyirdi, əlləri əsirdi. Bankdan plastik kart götürməyə getməli idi. 11:32-də ona sonuncu dəfə yazıb. Daha sonra təxminən 14:00 radələrində dayısı oğlu ona zəng vuraraq anasının ürəyinin narahat olduğunu ona demişdir. O zəng edəndə isə başqa bir oğlan telefona cavab verib, anasının vəziyyətinin yaxşı olduğunu, onun özünü oraya çatdırmasını demişdir. Çatanda isə artıq dünyasını dəyişdiyini görmüşdür. Təcili tibbi yardım işçiləri gələndə artıq dünyasını dəyişmişdi. Məhkəmə iclasında iştirak edən şahid X6 izahat verərək bildirmişdir ki, Ərizəçi onun dostudur və əmisi oğlunun sinif yoldaşıdır, yaxın dostdurlar. Anasının hər hansısa bir xəstəlikdən əziyyət çəkdiyi barədə məlumatı olmamışdır. Fuad adlı dostları ona zəng edərək Nihadın anasının vəziyyətinin dəyişməsi, huşsuz halda avtobusdan düşürüldüyü barədə məlumat vermişdir. O da 5-10 dəqiqə ərzində hadisə yerinə çatmışdır. Məhkəmə iclasında iştirak edən şahid X14 izahat verərək bildirmişdir ki, Nihad onun sinif yoldaşıdır, məktəb vaxtından yaxın münasibətləri vardır. Anasının hansısa xəstəlikdən əziyyət çəkdiyi barədə məlumatı yoxdur. Anasının dünyasını dəyişməsini Nihad özü zəng edərək ona bildirmişdir. Elmlər Akademiyası ərazisində avtobusda baş vermişdir hadisə. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçini və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Maraqlı şəxs 08/Q-1398/15 nömrəli 14.10.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 14.10.2021-ci il tarixli müraciətinə belə cavab verilmişdir - Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə " olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan XVİİ seriyalı, 343039 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının, Bakı şəhərində anadan olmuşdur. Ata qrafasına X15, ana qrafasına isə X7 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, Bakıda anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 24.08.1968-ci il tarixdə Azərbaycan Respublikası, Ucar rayonunda anadan olmuşdur. İş materiallarında olan X8 Yardım Stansiyası PHŞ Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 09.10.2021-ci il tarixdə saat 13:34-də “103” xidmətinə Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 34 ünvanından X3 adına çağırış daxil olmuş və çağırışı 8 saylı bölmənin həkimi Cabbarov icra edərək, ünvanda X4 “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayon İcra Hakimiyyəti Başçısının Qulubənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 saylı, 20.10.2021-ci il tarixli Arayışından görünür ki, 10.10.2021-ci il tarixdə X2 rayon Qulubənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in 11.10.2021-ci il tarixli, 631 saylı Arayışından görünür ki, mərhum X1 qardaşları küçəsi, ev 34, mənzil 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olub. Vəfat etdiyini 09.10.2021-ci il tarixdə qədər də həmin evdə qeydiyyata olub və yaşayıb. İş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in 05.10.2021-ci il tarixli, 673 saylı Arayışından görünür ki, Alızadə X10 qardaşları küçəsi, ev 34, mənzil 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Məhkəmə verilmiş ərizə ilə bağlı qeyd edir ki, ərizəçi mərhum anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X3 adına 09.10.2021-ci il tarixdə saat 13:34-də “103” xidmətinə çağırış olmuş, həkimlər gələnə kimi X7 vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1 -ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunan Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 24 avqust 1968-ci il təvəllüdlü X3 09 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 avqust 1968-ci il təvəllüdlü X3 09 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2804/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2804/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver