Məhkəmə qərarları › İş №2(009)-2807/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2807/2021

26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2807/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı maraqlı şəxslər qismində Maraqlı şəxs1 MMC, Azərbaycan Respublikası Auditorlar Palatası, "xxxx" MMC cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “audit hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı maraqlı şəxslər qismində Maraqlı şəxs1 MMC, Azərbaycan Respublikası Auditorlar Palatası, "xxxx" MMC cəlb edilməklə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı işlədiyi MMC-də aparılmış audit yoxlaması nəticəsində əmrlə başqa vəzifəyə keçirilmişdir və bununla əlaqədar qeyd olunan auditor hesabatı mübahisələndirmişdir. Audit rəyi öz-özlüyündə iddiaçının hüquq və vəzifələrinə toxunmur və ona görə də, onun etibarsızlığı barədə tələbə məhkəmədə baxıla bilməz. İddiaçı vəzifəsinin dəyişdirilməsi ilə bağlı əmri mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı maraqlı şəxslər qismində Maraqlı şəxs1 MMC, Azərbaycan Respublikası Auditorlar Palatası, "xxxx" MMC cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “audit hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar