Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2997/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə vətəndaşlar və qurumlar tərəfindən qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə müraciətlər ünvanlanmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. 13-2.2-ci maddəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Həmçinin, sözügedən qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununun 8-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında kazino oyunları həmin Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla) və 13-2.3.11 -ci maddələrində (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) qeyd olunan bir qisim informasiya kateqoriyaları yayılması qadağan edilən informasiya hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin Qeyd hissəsinin 1 -ci bəndinə əsasən Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək, həmçinin Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək Xidmətin vəzifələrindəndir. Aparılan araşdırma nəticəsində qoşmada siyahısı təqdim olunan internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında’’ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar; “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla) və 13-2.3.11-ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən qoşmada siyahısı təqdim olunan internet informasiya ehtiyatlarının və (və ya) onların host provayderlərinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxslərə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Xidmət rəisi Fərid Zeynalov məhkəməyə ünvanlanmış vəsatətdə Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını və yekun məhkəmə qətnaməsinin Xidmətə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər - “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet informasiya ehtiyatlarının və onların domen adının sahiblərinə dair ünvan və ehtiyatlarında internet informasiya yerləşdirilmədiyi üçün və onların haqqında digər məlumatlar aşkarlanması mümkün olmadığından, onlara məhkəmə iclası barədə məlumat verilməsi mümkünsüz olmuş, bu səbəbdən məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxslərə qadağan edilmiş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə götürülmədiyi təqdirdə həmin internet informasiya ehtiyatının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11-ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən yuxarıda domen adları qeyd olunan internet informasiya ehtiyatlarının və (və ya) onların host provayderinin elektron poçt ünvanına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxslərə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə qeyd edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi internet informasiya ehtiyatının və onun domen sahibinin həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməsini müəyyən edir. Yayılması qadağan edilən informasiyalar sırasına təhqir və böhtan xarakter daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar da daxil edilmişdir. Belə məlumatların aşkara çıxarılması zamanı qanunvericilik müvafiq icra hakimiyyəti orqanına internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, “informasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.84-cü yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qanunla müəyyən edilmiş hallarda və qaydada internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmaq vəzifəsini həyata keçirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 13-3.1-ci, 13- 3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-cü maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13-3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli Fərmanından görünür ki, adında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi qanunvericilik hazırki ərizəçiyə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın müəyyən edilməsi səlahiyyəti verməklə, belə informasiyanın aşkara çıxarılması zamanı edilmiş xəbərdarlıqdan sonra nəticə çıxarılmayacağı təqdirdə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək səlahiyyətini də verir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. İnsanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yayılması qadağan edilən informasiyalar hesab olunur (Qanunun 13-2.3.10-1-ci maddəsi). Həmin Qanunun 13-2.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adi və elektron poçt ünvanı həmin internet informasiya ehtiyatında aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. Eyni Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin edir, host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında və ya onların müvafiq hissələrində yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün tədbirlər görür. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Həmçinin, sözügedən qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununun 8-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında kazino oyunları həmin Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun 53-1.2-ci maddəsinə əsasən idman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə qədər müvafiq tədbirlər görülsə də, yəni maraqlı şəxslərə xəbərdarlıq məktubları göndərilsə də, maraqlı şəxslər tərəfindən həmin məktublarda qeyd edilən nöqsanlar aradan qaldırılmamış, həmin internet informasiya ehtiyatı tərəfindən əhəmiyyətli əmlak ziyanı vurmaq təhlükəsi yaradan yayılması qadağan edilən yalan məlumatların internet informasiya ehtiyatlarından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11-ci maddələrinə əsasən (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) yayılması qadağan edilən informasiya hesab olunur. AR MPM-nin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Beləliklə məhkəmə qeyd edir ki, “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuş, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən təbliğat xarakterli, əhəmiyyətli əmlak ziyanı vurmaq təhlükəsi yaradan yalan məlumatlar internet saytlarında yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin və ya dövlətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatlarına müracətin məhdudlaşdırılması təmin olunmalı, “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc” və s. internet portalının informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-22.3-cü və 355-22.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə eyni zamanda qeyd edir ki, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qournması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Beləliklə məhkəmə hesab edir ki, göstərilən internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan, qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 35520-355-22-ci maddələrini rəhbər tutub məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. “https://mostbet.postalon.com/7utm source=ads&utm medium=cpc”, “Maraqlı şəxs”, “1x.partners”, “1xbet.cricket”, “1xbet.lat”, “1xbet-1x.com”, “pinup.bonuslay.com”, “pinupazerbaycan-kazino.com”, “pinup-online.cl”, “betbuta107.com”, “betbutagiris.net”, “pin-up-casino-az- 2025.online”, “pin-up-az.cc”, “pinup-official.insccu.com”, “bakuinfo.net”, “qlobal.net”. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2997/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2997/2025
29.12.2025 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver