Məhkəmə qərarları › İş №2(009)-3040/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3040/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3040/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dələduzluq yolu ilə aldadılaraq 4850 manat dəyərində vurulmuş maddi və 2000 manat dəyərində mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Cavabdeh barəsində qəbul edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-174/2021 nömrəli hökmündən görünür ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1vabdehin Xəzər rayonu ərazində yerləşən 9 saylə cəza çəkmə müəssisəndə cəza çəkməsini qeyd etmiş və cavabdehin ünvanı kimi hımin ünvanı göstərmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual qanunvericiliyin bu tələblərinə əsasən iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. AR MPM-nin 36-cı madəsinə əsasən iddiaçının seçim aidiyyətinə görə verilən tələblərin siyahısı göstərilmişdir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən verilmiş tələb AR MPM-nin 36-cı maddəsində nəzərdə tutulmuş tələblər sırasına daxil olmadığı üçün, iddiaçı hazırki tələblə seçim aidiyyəti üzrə öz qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilməz. İdidaçı bu tələblə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına uyğun olmayaraq Səbail rayon Məhkəməsinə verildiyindən, onun məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu da qanunla müəyyən edilmiş məbləğdə keçirilməmişdir. Belə ki, AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim qeyd edir ki, iddiaçılar tərəfindən dövət rüsumu müəyyən edilmiş məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsiən əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi hesablanır. İddiaçılar tərəfindən irəli sürülmüş tələb 6850 manat məbləğində pulun tutulması ilə bağlı olduğu üçün, ödənilməli olan dövlət rüsumu 88,50 manat təşkil edir. Lakin iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, onlar tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hakim hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilmədiyi və hazırkı tələbə aidiyyatı üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığı üçün, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1. -ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dələduzluq yolu ilə aldadılaraq 4850 manat dəyərində vurulmuş maddi və 2000 manat dəyərində mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyatı üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından və müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyat qaydalarına riaəyət edikməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar