Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-316/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2rşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2rşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevin səhlənkarlığı nəticəsində ona vurulmuş 10.000 (on min) manat məbləğində pulun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisəyə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1666/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1666/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırda eyni tərəflər arasında və eyni predmet barəsində iş üzrə iddia tələbinin rədd edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1666/2019 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hazırki iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin Bakı şəhəri Səbail Rayon Məhkəməsində əvvəl irəli sürülmüş tələblərlə eynilik təşkil etməsini, həmçinin əvvəlki və hazırki iş üzrə tərəflərin də eyni olduğunu, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla olan mülki mübahisə üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə alaraq belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2rşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-316/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-316/2021
28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver