Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-337/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası xx.xx.1971-ci il təvəllüdlü X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində kəskin ürəkdamar çatışmazlığından vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 xx xxxxxx 1971-ci il tarixdə anadan olmuşdur. Heç bir zaman ciddi xəstəlik keçirmədiyindən qeydiyyatda olduğumuz ərazinin poliklinikasına müraciət etməmişdir. Son vaxtlar ailələri Nərimanov rayon ərazisində yerləşən mənzillərində yaşayırdılar. Evdə olan zaman xx xxxx 2020-ci il tarixdə karantin dövründə atası yatdığı zaman özünü pis hiss etmişdir. Ürəyinin və ürək nahiyyəsində kəskin ağrıların olduğunu bildirmişdir. Onlar dərhal 103 təcili tibbi yardıma müraciət etdilər, lakin təcili yardım gələnə qədər atası kəskin ürək çatışmazlığdan, tromb əmələ gəldiyindən vəfat etmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün poliklinikalarına müraciət etdilər, lakin həkimlər bildirdilər ki, atası sağlığında uzun müddət poliklinikaya müraciət etmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina etdilər. Həkimin ölüm haqqında şəhadətnamə olmadığından qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Atası Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx xxxxxx 1971-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində kəskin ürək-damar çatışmazlığından vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən şahid X2 izahat verərək bildirmişdir ki, X5 ilə 29 ildən artıq müddət ailəli olmuşlar. İnsult keçirsə də, bir öncəki gün hərşey qaydasında olmuşdur. Vəfat etdiyi gün o işdə olmuş, oğlu zəng etdikdən sonra evə getmişdir. Yoldaşının yatdığı yerdə vəfat etdiyini görmüşdür. Məhkəmənin baxış iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, Ərizəçi ilə məktəbdən yaxın dostdur. Fuad zəng etdikdən sonra evlərinə getmişdir. Onun atasının dəfn və yas mərasimlərində iştirak edərək dostuna kömək etmişdir. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin portaldan çıxarışından görünür ki, X5 xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 18 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 1 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə, saat 14:30-da çağırış daxil olmuşdur. Həkimə qədər kişi meyidi aşkar edilmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ona X3 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin 29 saylı, xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlıqda həyat yoldaşı X1 maddi vəsaiti hesabına dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum atası X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin atası X3 adına xx.xx.2020-ci il tarixdə, saat 14:30-da təcili tibbi yardım stansiyasına çağırış olmuş, həkimlər gələnə kimi X5 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1971-ci il təvəllüdlü X3 xx xxxx 2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-337/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-337/2021
19.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver