Məhkəmə qərarları › İş №2(009)-360/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-360/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-360/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh X2 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmışdır və həmin mülki iş (2(009)-234/2021) Səbail Rayon Məhkəməsinin digər hakimi Mədinə Bağırovanın icraatına daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin icraatında olan, bir-biri ilə əlaqəli olan Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olan 2(009)-234/2021 saylı mülki işlə, Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatında olan 2(009)-360/2021 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək vəsatətin təmin olunmasına, mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Səbail Rayon Məhkəməsinin digər hakimi Mədinə Bağırovanın icraatına eyni tələblə bağlı mülki iş daha öncə daxil olduğundan 2(009)-360/2021 saylı mülki iş 2(009)-234/2021 saylı mülki işlə birləşdirilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəm tələblərin birləşdirilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 33-45, 263-264, 266- 268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(009)-360/2021 saylı mülki işin Səbail Rayon Məhkəməsinin digər hakimi Mədinə Bağırovanın icraatında olan iddiaçı Cavabdehlər X2 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(009)-234/2021 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhər Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verə bilərlər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar