Məhkəmə qərarları › İş №2(009)-393/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-393/2024

07.01.2024 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-393/2024 07.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X3 ərizəçinin nümayəndəsi Nümayəndə2, maraqlı şəxs Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Audiovizual Şurası cəlb olunmaqla “İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA- CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tvch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Audiovizual Şurası cəlb olunmaqla “İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA- CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tvch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsinin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ərizəçinə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yayılması qadağan edilən məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə xx.xx.2023-cü il tarixli 3-49/2-362/2023 nömrəli məktubla müraciət ünvanlanmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərizəçi haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasın həyata keçirmək Xidmətin vəzifələrindəndir. Ərizəçi tərəfindən qoşmada siyahısı əlavə edilmiş internet informasiya ehtiyatlarına “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2- ci (milli nifrət və düşmənçiliyin salınmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkilinə açıq çağırışlar əsasları üzrə), 13-2.3.6-cı (pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar), 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda İştiraka təhrik edən məlumatlar) və 13-2.3.11-ci (Azərbaycan Respublikasının qanunları İlə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyaların yerləşdirildiyinə dair internet informasiya ehtiyatının və (və ya) onun host provayderinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxslərə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası Ərizəçi nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Nümayəndə1 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə baxıb, ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-49/2-362/2023 saylı məktubdan görünür ki, “Media haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Audiovizual Şurasının tənzimləmə sferasına daxil olan media subyektləri “audiovizual media subyektləri” kimi təsbit olunmuşdur. Qanuna əsasən platforma operatoru (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiya həyata keçirən fiziki və ya hüquqi şəxs) da audiovizual media subyektidir və hazırda Azərbaycan Respublikası ərazisində Şura tərəfindən verilən lisenziya əsasında 50-ə yaxın platformu operatoru fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı lisenziya əsasında fəaliyyət göstərən platforma operatorlarına böyük imkanlar yaratmaqla yanaşı, bazarda həmin operatorların fəaliyyət sferasında qeyri-sağlam rəqabət yaradan vebsaytlara və ya internet resurslara da müəyyən fürsətlər yaratmışdır ki, Şura yaxın vaxtlarda qanunvericilyin verdiyi səlahiyyətlər çərçivəsində bu sahədə tənzimləməni və nəzarəti gücləndirməyi planlaşdırır. Qanuni fəaliyyət göstərən platforma operatorlarından fərqli olaraq ölkə ərazisində hər hansı lisenziya almadan, sahibkarlıq subyekti kimi qeydyiyyata alınaraq müvafiq vergiləri ödəmədən, müəllif hüquqlarına dair zəruri müqavilələr bağlamadan aylıq müəyyən ödəniş müqabilində (əksər vaxt bu ödənişlər qanuni olaraq lisenziya əsasında fəaliyyət edən operatorların təqdim etdikləri qiymətlərdən xeyli aşağı olur) xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını (satışını) həyata keçirən və “mənşəyi məlum olmayan” bu vebsaytlar və ya internet resurslar xarici ölkələrdən xidmətlərini təqdim edirlər. Onların təqdim etdikləri paketlərdə televiziya kanallarının sayı az qala 1000-ə çatır ki, bəzən onların arasında Azərbaycanın dövlət maraqlarına ciddi ziyan vuran yayımlar həyata keçirən, o cümlədən Ermənistandan yayımlanan televiziya kanallarına da rast gəlinir. Tərəfindən aparılmış araşdırmalarla əldə olunan və konkret faktlara əsaslanan sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan operatorların retranslyasiyasını həyata keçirdiyi xarici audiovizual yayımçıların proqramlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2-3-cü maddəsinin bir neçə bəndinin tələbi (13-2.3.2 zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.6 pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; 13-2.3.7 qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;) müntəzəm olaraq kobud şəkildə (sübutlar məktuba qoşma şəklində təqdim olunur) pozulur. Qeyd olunanları və məktuba qoşma ilə əlavə edilən dövlətin milli və informasiya təhlükəsizliyini, eləcə də cəmiyyətin mənəviyyatını və ictimai qaydanın pozulmasını təsdiq edən materialları nəzərə alaraq Azərbaycan Respublikasında qanunsuz olaraq xarici audiovizual yayımçıların retranslyasiyasını həyata keçirən əcnəbi operatorların internet informasiya ehtiyatlarına müraciətlərin məhdudlaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən maraqlı şəxslərə onların internet informasiya ehtiyatından yayılması qadağan edilmiş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə götürülmədiyi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadığı təqdirdə həmin internet informasiya ehtiyyatının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 355-20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Məhkəmə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “informasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətləri həyata keçirməli dövlət orqanı olduğundan və ərizənin əsasını internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli 460-İQ№-li Qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı halların olması təşkil etdiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərizəçi haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək, həmçinin Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək Xidmətin vəzifələrindəndir. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Qanunun 2-ci madəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar hesab edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. 13-2.2- ci maddəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin İİİ bəndində qeyd olunur ki, irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Bununla yanaşı, Konstitusiyanın “İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinin İİ bəndində qeyd olunur ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.” “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.2-ci maddəsinə əsasən heç kəs öz hüquq və azadlıqlarından sui-istifadə etməməlidir. X2 3.1-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər.” 3.6-cı maddə ilə ayrıayrı insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən əsaslarla yanaşı bir sıra digər əsaslar da müəyyən edilmişdir. Konsitusiyanın 47-ci maddəsinə (fikir və söz azadlığı) münasibətdə bu əsaslar qismində digər əsaslarla yanaşı dövlət təhlükəsizliyi mənafelərinin təmin edilməsi və iğtişaşların qarşısının alınması qeyd olunmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Həmçinin, sözügedən qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.2-ci maddəsinə əsasən zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar, həmin Qanunun 13-2.3.6-cı maddəsinə əsasən pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar, habelə Qanunun 13- 2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11-ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində qeyd olunan informasiya yayılması qadağan edilən informasiya hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən internet informasiya ehtiyatlarında Qanunla yayılması qadağan edilən informasiyaların yerləşdirilməsi müəyyən edilidyindən və bu hal Xidmət tərəfindən aparılmış araşdırma nəticəsində öz təsdiqini tapdığından, yuxarıda göstərilən Qanunun tələblərinə əsasən həmin informasiya ehtiyatınlarına müraciətin məhdudlaşdırılması Qanuna uyğundur. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilən internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin fikir və söz azadlığı Konstitusiya ilə qorunur, lakin həmin azadlıq həyata keçirilərkən nəzərə alınmalıdır ki, bu irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməsinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, belə hərəkətlər heç bir zaman söz və fikir azadlığı kimi qiymətləndirilə bilməz, əksinə bu əməllər məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyanın tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, eləcə də sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün məhdudlaşdırıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19cu maddə). Beləliklə məhkəmə hesab edir ki, adı göstərilən internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar