Məhkəmə qərarları › İş №2(009)-397/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-397/2021

12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-397/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və İsmayılova (Lətifova) Ceyhunə Yunis qızının (Maraqlı şəxs kimi qeyd edilən) «doğum haqqında akt qeydində düzəliş olunmaqla bərpa edilməsi» barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və İsmayılova (Lətifova) Ceyhunə Yunis qızı «doğum haqqında akt qeydində düzəliş olunmaqla bərpa edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olan Lətifova (İsmayılova) Ceyhunə Yunis qızının doğumunun bərpa olunmasına və yeni doğum akt qeydının açılmasına və həmin doğum akt qeydində olan səhvin düzəldilərək, onun valideynləri qrafasında anasının soyadının Lətifova deyil, Aşurova kimi müəyyən edilməsi və onun adına yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçilərin ərizəsi təmin edilməli, maraqlı şəxsin məhkəmə iclasına gəlməməsi işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azər. Resp. MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və İsmayılova (Lətifova) Ceyhunə Yunis qızının (Maraqlı şəxs kimi qeyd edilən) «doğum haqqında akt qeydində düzəliş olunmaqla bərpa edilməsi» barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar