Məhkəmə qərarları › İş №2(009)-4/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-4/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-4/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh, X1, X2, “xxxx” MMC-yə (üçüncü şəxs kimi “xxxx” MMC qeyd edilən) qarşı “müqavilə öhdəliyinin icra olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC – cavabdehlər Cavabdeh, X1, X2, “xxxx” MMC-yə (üçüncü şəxs kimi “xxxx” MMC qeyd edilən) qarşı “müqavilə öhdəliyinin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 may 2008-ci il tarixli 213 nömrəli, 18 mart 2008-ci il tarixli 106 nömrəli, 23 may 2008-ci il tarixli 196 nömrəli, 06 iyun 2008-ci il tarixli 227 nömrəli, 01 avqust 2008-ci il tarixli 397 nömrəli, 22 iyul 2008-ci il 349 nömrəli, 25 iyun 2008-ci il tarixli 274 nömrəli, 13 mart 2008-ci il tarixli 6 nömrəli, 24 aprel 2008-ci il tarixli 7 nömrəli 4.000.000 ABŞ dolları və 101.299.320 Rusiya rublu “xxxx” MMC-nin ******************** və ******************** nömrəli hesablarına köçürülməsi, "xxxx” MMC-nin ******************** nömrəli hesabına daxil olmuş 6.868.654,60 ABŞ dolları həcmində pul məbləğinin 14 mart 2008-ci ildən və 10 dekabr 2008-ci il tarixədək olan dövr ərzində “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən çıxarılması, "xxxx” MMC-nin ******************** nömrəli hesabına daxil olmuş ********* Rusiya rublu həcmində pul məbləğinin 14 mart 2008-ci ildən və 10 dekabr 2008-ci il tarixədək olan dövr ərzində “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən çıxarılmasının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh, X1, X2, “xxxx” MMC-yə (üçüncü şəxs kimi “xxxx” MMC qeyd edilən) qarşı “müqavilə öhdəliyinin icra olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar