Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-459/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzil xidmət haqqına görə borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlər Cavabdeh1 mənzil xidmət haqqına görə 177,84 manat, X1 mənzil xidmət haqqına görə 67,20 manat, məişət tullantılarına görə 57,60 manat, cəmi 124,80 manat, Cavabdeh3 mənzil xidmət haqqına görə 15,36 manat, məişət tullantılarına görə 43,20 manat, cəmi 58,56 manat, Cavabdeh4 mənzil xidmət haqqına görə 31,20 manat, məişət tullantılarına görə 137,20 manat, cəmi 168,40 manat və Cavabdeh5 mənzil xidmət haqqına görə 589,68 manat, məişət tullantılarına görə 486,0 manat, cəmi 1053,84 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 üzərinə Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinə əsasən yaşadıqları mənzilin mülkiyyətçisidir və hamısı 9 saylı MKİS-nin sakinləridir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş rəsmi dövlət sənədi olan maliyyə haqq-hesabı arayışında cavabdehin göstərilən ünvanının həqiqətən məhz Səbail rayon inzibati ərazisində yerləşdiyi və cavabdehlərin həmin ünvanda yaşadığı təsdiq olunur. İddiaçı idarəedici təşkilat kimi cavabdehdən Mənzil Məcələlsinin 136-cı və 137-ci maddələrinə uyğun olaraq yaşayış sahəsinin saxlanmasına, təmirinə və həyətlərin süpürülməsi və məişət tullantılarının daşınması xidmətlərinə görə haqlar üzrə borcu tələb edir. Kommunal xidmətlərə daxil olan digər soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatı ayrı-ayrı müstəqil təşkilatlar tərəfindən təmin edildiyindən cavabdehdən bu kommunal xidmətlərə görə ödənilməli olan haqq tələb olunmur. Cavabdehlər hüquqi normalara zidd olaraq istifadə etdikləri yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edirlər. Cavabdehlərin Cavabdeh1 mənzil xidmət haqqına görə 177,84 manat, Cavabdeh2 mənzil xidmət haqqına görə 67,20 manat, məişət tullantılarına görə 57,60 manat, cəmi 124,80 manat, Cavabdeh3 mənzil xidmət haqqına görə 15,36 manat, məişət tullantılarına görə 43,20 manat, cəmi 58,56 manat, Cavabdeh4 mənzil xidmət haqqına görə 31,20 manat, məişət tullantılarına görə 137,20 manat, cəmi 168,40 manat və Cavabdeh5 mənzil xidmət haqqına görə 589,68 manat, məişət tullantılarına görə 486,0 manat, cəmi 1053,84 manat borcları vardır. Dəfələrlə cavabdehlərə 9 saylı MKİS-in işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, buna onlar əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişdir. Cavabdehə xidmət müqaviləsi bağlanmasını təklif etdikdə, bundan da imtina edir, halbuki cavabdehlə müqavilə olmadan da ona MKİS tərəfindən zibilin daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və s. kimi xidmətlər göstərilir. Cavabdehə qanuna riayət hissini aşılamaq, onun üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq cavabdehlərdən mənzil haqqı və məişət tullantıları üzrə borcların tutulması və çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 mənzil xidmət haqqına görə 177,84 manat, Cavabdeh2 mənzil xidmət haqqına görə 67,20 manat, məişət tullantılarına görə 57,60 manat, cəmi 124,80 manat, Cavabdeh4 mənzil xidmət haqqına görə 31,20 manat, məişət tullantılarına görə 137,20 manat, cəmi 168,40 manat və Cavabdeh5 mənzil xidmət haqqına görə 589,68 manat, məişət tullantılarına görə 486,0 manat, cəmi 1053,84 manat borcun tutulub Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 üzərinə Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, Bakı şəhəri, M.Əfəndiyev küçəsində yerləşən 8 saylı ev 1975-ci ildən dövlət tərəfindən heç bir təmir olunmayib. Ancaq 2017-ci ildə “Bakı Abadlıq Şirkəti” tərəfindən binanın fasad hissəsi boyalanıb və küçələrə çıxan balkonlar təmir olunub. Binanın içəri (həyət) hissəsi 2000-ci ilin zəlzələsindən sonra (taxta sütün aynabənd hissəsi) çökür, divarlar əsas fundamentli hissələrdən aralanır. Binanın 2-ci və 3-cü mərtəbələrində pilləkən qəfəsindən sonra yerləşən keçid (içtimai) asma balkonların taxtaları, suraviləri tamami ilə çürümüşdür (2007ci ildə 2-ci mərtəbənin sakini Əhədova Sədaqət həmin keçid yerindən, çürük olduğuna ğörə, 1-ci mərtəbəyə xəsarət alaraq düşmüşdü). O, 2009-cu ildə (3-cü mərtəbədə yaşadığına ğörə) keçid (içtimai) balkonunu öz hesabına ğörə təmir etdi. Ümumi məbləq- 510 manat. Binanın damını (su buraxdığına ğörə) 2010-cu ildə öz mənzil hissəsi ilə bərabər iki içtimai pilləkən qəfəslərin hissələri ilə yenədə öz hesabına təmir etdi. Ümumi məbləq-670 manat. Nəzərinizə çatdırmaq istəyir ki, binanın sakinləri dəfələrlə Bakı şəhər İcra Hakimin Başçısının aparatına bu məsələ ilə dəfələrlə müraciət etmişlər (axırıncı dəfə 2011-ci ildə), ancaq nəticə yoxdur. Dəfələrlə 9 saylı MKİS işçilərinə (1975-ci ildən üç rəhbərlik dəyişib) xəbərdarlıq edirdi ki, o, xx.xx.2007-ci ildən bina qəzalı vəziyyətində olduğuna ğörə, ancaq istismar pulunu vermir. Xahiş edirdi ki, cavabdeh şəxslər gəlsinlər, binaya baxsınlar və edilən xərclərə görə ölçü götürsünlər. Bu günə qədər onlar səhlənkarlıq edərək bu problemə əhəmiyyət verməyiblər. Bina qəzalı vəziyyətdədir.İddiada qeyd olunub ki, o öz mənzilinin qeydiyyat vəsiqəsini təqdim etməkdən imtina edir. Bu səhv məlumatdır, 2007-ci ildən mənzil onun adındadır və çıxarışı həmin ildən təqdim etmişdir. Çixanşı itiriblərsə, ona bu barədə məlumat verməyiblər. Lazım olarsa, çıxarışı yenə də təqdim edər. Yuxanda qeyd edilənləri nəzərə alaraq, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı şəhəri, M.Əfəndiyev küç. yerləşən 8 saylı binanın qəzalı vəziyyətinə ğörə təcili tədbir görülməsini, yaxud müvafiq hökümət orqanlara müraciət edərək əsaslı təmir edilməsinin xahiş olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 9 saylı MKİS tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xəbərdarlıqdan görünür ki, onlara mənzil-xidmət haqqına görə yaranmış borclarının olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş üzrə 9 saylı MKİS tərəfindən verilmiş şəxsi mənzillərə görə istismar yığımına aid və məişət tullantılarına görə kreditor borc haqqında məlumata əsasən Cavabdeh1 mənzil xidmət haqqına görə 177,84 manat, Cavabdeh2 mənzil xidmət haqqına görə 67,20 manat, məişət tullantılarına görə 57,60 manat, cəmi 124,80 manat, Cavabdeh4 mənzil xidmət haqqına görə 31,20 manat, məişət tullantılarına görə 137,20 manat, cəmi 168,40 manat və Cavabdeh5 mənzil xidmət haqqına görə 589,68 manat, məişət tullantılarına görə 486,0 manat, cəmi 1053,84 manat borcu mövcuddur. İş üzrə 5 saylı MKİS tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh1 1996-cı ildən Bakı şəhəri, M.Əfəndiyev küçəsi, 8 saylı evin 36 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 5 saylı MKİS tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən X2 Bakı şəhəri, Cavad küçəsi, 6 saylı evin 77 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 5 saylı MKİS tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh4 1985-ci ildən Bakı şəhəri, H.Abdullayev küçəsi, 15 saylı evin 47 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 5 saylı MKİS tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh5 1994-cü ildən Bakı şəhəri, Ə.Cavad küçəsi, 4 saylı evin 22a/27 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər yaşadıqları mənzillərin mülkiyyətçiləridir və həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar, onların qeydiyyatda olduğu və mülkiyyətində olan mənzilə Səbail rayonu MKTB-nin 5 saylı MKİS xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 2007-ci ildən 2020-ci ilədək olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə 177.80 manat borcu yaranmışdır. Cavabdeh Şəfizadə Sürəyyə Novruzəli qızı 2011-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayının 01-nə qədər olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 124.80 manat borcu yaranmışdır. Cavabdeh4 2006-cı ilin yanvar ayından 2019-cu ilin mart ayının 01-nə qədər olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 220.80 manat borcu yaranmışdır. Cavabdeh5 1993-cü ilin yanvar ayından 2019-cu ilin yanvar ayının 01-nə qədər olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə 1035.84 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə xəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mülkiyyətlərində olan mənzilə görə olan müddət ərzində haqq ödənilmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə yoxdur. Lakin iddiaçı tərəfindən halhazıradək cavabdehlərə xidmət göstərilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması cavabdehlərə təklif olunsa da, cavabdehlər müqavilə bağlamaqdan imtina etmişlər. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə mülkiyyətlərində olan mənzilə görə xidmət göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən AR Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzmlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşı ayda 14 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 2007-ci ildən 2020-ci ilədək olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə 177.80 manat borcu yaranmışdır. Cavabdeh Şəfizadə Sürəyyə Novruzəli qızı 2011-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayının 01-nə qədər olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 124.80 manat borcu yaranmışdır. Cavabdeh4 2006-cı ilin yanvar ayından 2019cu ilin mart ayının 01-nə qədər olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 220.80 manat borcu yaranmışdır. Cavabdeh5 1993-cü ilin yanvar ayından 2019-cu ilin yanvar ayının 01-nə qədər olan müddət ərzində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə 1035.84 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən, həmçinin iddia tələbi bu hissədə cavabdeh tərəfindən etiraf olunduğundan, iddia borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binaya Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən xidmət göstərildiyidən, lakin cavabdehlər göstərilən xidmtələ bağlı iddiaçı ilə müqavilə bağlamaqdan imtina etdiyindən, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 mənzil xidmət haqqına görə 177,84 (yüz yetmiş yeddi manat səksən dörd qəpik) manat, Cavabdeh2 mənzil xidmət haqqına görə 67,20 manat, məişət tullantılarına görə 57,60 manat, cəmi 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat, Cavabdeh4 mənzil xidmət haqqına görə 31,20 manat, məişət tullantılarına görə 137,20 manat, cəmi 168,40 (yüz altmış səkkiz manat qırx qəpik) manat və Cavabdeh5 mənzil xidmət haqqına görə 589,68 manat, məişət tullantılarına görə 486,0 manat, cəmi 1053,84 (bir min əlli üç manat səksən dörd qəpik) manat borc tutulub Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 üzərinə Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-459/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-459/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver