Məhkəmə qərarları › İş №2(009)-47/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-47/2020

08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-47/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rəna Nazim qızı Qafarovanın sədrliyi, Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, Üçüncü şəxs İddiaçı2 MMC-nin nümayəndələri X6 və X2, “xxxxxxxxxxxxxxx” MMCnin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 MMC-nin təsisçisi X4 cavabdeh «xxxxxxxxxxxxxx» MMC-yə qarşı (X10, Vergilər Nazirliyi yaninda Bakı şəhəri X5, Bakı şəhəri X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi, “xxxxxxxxxxxxxxx” MMC-nin və İddiaçı2 MMC-nin təsisçisi X8 və “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi X11 iş üzrə 3-cü şəxslər kimi qeyd olunan) «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ekspert rəylərinin yekun göstəricilərinin əsassız hesab edilməklə ləğv olunması və qeyri-əmlak zərərinin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxx» MMC və İddiaçı2 MMC-nin təsisçisi X9 - cavabdeh «xxxxxxxxxxxxxx» MMC-yə (X10, Vergilər Nazirliyi yaninda Bakı şəhəri X5 və Bakı şəhəri X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi iş üzrə 3-cü şəxslər kimi qeyd olunan) qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ekspert rəylərinin yekun göstəricilərinin əsassız hesab edilməklə ləğv olunması və qeyri-əmlak zərərinin tutulması» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxxxxxxxx»MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, «xxxxxxxxxxxxxx» MMC tərəfindən «xxxxxxxxxxxxxxx» MMC-də “Satış və xidmət dövriyyəsini müəyyən etmək üçün» xx.xx.2017-ci il tarixli 01№-li və İddiaçı2 MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun kənarında 12,83 ha torpaq sahəsinin üzərində tikilmiş ticarət mərkəzinin bazar qiymətinin müəyyən edilməsi» barədə xx.xx.2017-ci il tarixli Ekspert Rəylərinin yekun göstəricilərini əsassız hesab etməklə ləğv olunması, dəyimiş 10.000 manat qeyri-əmlak zərərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, tərəflər işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər “xxxxxxxxxxxxxxx” MMC-nin, İddiaçı2 MMC-nin nümayəndələri və “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X7 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 MMC-nin təsisçisi X4 cavabdeh «xxxxxxxxxxxxxx» MMC-yə qarşı (X10, Vergilər Nazirliyi yaninda Bakı şəhəri X5, Bakı şəhəri X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi, “xxxxxxxxxxxxxxx” MMC-nin və İddiaçı2 MMC-nin təsisçisi X8 və “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi X11 iş üzrə 3-cü şəxslər kimi qeyd olunan) «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ekspert rəylərinin yekun göstəricilərinin əsassız hesab edilməklə ləğv olunması və qeyri-əmlak zərərinin tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar