Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-49/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və üçüncü şəxs Ləğv prosesində olan “xxxx” KB QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MTK-ya və “xxxx” MMCyə (üçüncü şəxslər “xxxx” KB QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh2, Cavabdeh1, “xxxx” KB QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251a nömrəli evin 245-245m mansard) saylı mənzilləri üçün tərəfindən ödənilmiş 300.000 (üç yüz min) manat pulun indeksasiya edilməklə (yəni 384.615 (üç yüz səksən dörd min altı yüz on beş) ABŞ dolları və ya həmin mənzillərin hazırkı dəyəri qədər) cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MTK-ya və “xxxx” MMC-yə qarşı (3-cü şəxslər “xxxx” KB QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi) Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 a nömrəli evin 245-245m (mansard) saylı mənzillərin alqı-satqısı üçün iddiaçı tərəfindən ödənilmiş 300.000 (üç yüz min) manat pulun 2014-2019-cu illər ərzində manatın ABŞ dollarına olan inflyasiya fərqi indeksasiya edilməklə (yəni 384.615 (üç yüz səksən dörd min altı yüz on beş) ABŞ dolları və ya həmin mənzillərin hazırkı dəyəri qədər), eləcə də cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 250.000 (iki yüz əli min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” KB QSCnin nümayəndəsi X4 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı – cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MTK-ya və “xxxx” MMC-yə (üçüncü şəxslər “xxxx” KB QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MTK-ya və “xxxx” MMCyə (üçüncü şəxslər “xxxx” KB QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-49/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-49/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver