Məhkəmə qərarları › İş №2(009)-511/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-511/2021

28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-511/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı – Cavabdeh QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı –Cavabdeh» QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin hakim Mədinə Bağırovanın icraatında olan İddiaçı Cavabdeh QSC-yə qarşı mənəvi ziyanın ödənilməsi” tələbi barədə mülki iş vardır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı Cavabdeh QSC-yə qarşı mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-511/2021 saylı mülki iş və İddiaçı Cavabdeh QSC-yə qarşı mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-489/2021 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nın 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə ki, İddiaçı Cavabdeh QSC-yə qarşı mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-511/2021 saylı mülki işdə tərəflər və tərəflər arasındakı mübahisə hazırki 2(009)-489/2021 saylı mülki iş üzrə keçən tərəflər və mübahisə ilə eyni olmaqla eyni növlü işlərdir. Beləliklə məhkəmə hesab edir ki, hər iki mülki iş üzrə tərəflər və mübahisə predmeti eyni olduğundan İddiaçı Cavabdeh QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-511/2021 saylı iş İddiaçı Cavabdeh QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-489/2021 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-511/2021 saylı mülki iş və İddiaçı Cavabdeh QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(009)-489/2021 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(009)-489/2021 №-si verilsin. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar