Məhkəmə qərarları › İş №2(009)-534/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-534/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-534/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Termopot Redmond üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84289 Xiaomi Redmi 7A markalı telefon, X1 Black original üçün 60 (altmış) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixlə müqaviləsinə əsasən tozsoran GORENJE HOFFMANN LED, Yupiter YP asqı üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasn, İMEİ kodu **********49103 Huawei Y5 Lite markalı telefon üçün 10 (on) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39347 Samsung galaxy A 10 markalı telefon üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 7 (yeddi) manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12715 Nokia 5.1 Plus DS markalı telefon üçün 36 (otuz altı) manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07890 Samsung Galaxy A10 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; 23.122019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann mini soba üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, ümumilikdə 1879 (bir min səkkiz yüz yetmiş doqquz) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumumun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, cavabdeh həmin məktubu xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il,xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il , xx.xx.2019-cu il, xx.xx.2019-cu il ,xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Termopot Redmond , İMEİ kodu **********84289 Xiaomi Redmi 7A markalı telefon , X1 Black original , Tozsoran GORENJE , HOFFMANN LED , Yupiter YP asqı , İMEİ kodu **********49103 Huawei Y5 Lite markalı telefon , İMEİ kodu **********39347 Samsung galaxy A10 markalı telefon , Malın isteklak xassəsinin pozulmasına görə tutalan məbləğ , İMEİ kodu **********12715 NOKİA 5.1 PLUS DS markalı telefon , İMEİ kodu **********07890 Samsung galaxy A10 markalı telefon , HOFFMANN mini soba almış və nəticədə 1879 (min səkkiz yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dördyüz otuz iki) manat (24 ayx 18 manat + 0 manat ilkin ödəniş) olan Termopot Redmond üçün 237 (iki yüz otuz yeddi) manat olmaqla ondan, 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84289 Xiaomi Redmi 7A markalı telefon, X1 Black original üçün 60 (altmış) manat olmaqla ondan, 60 (altmış) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu;10.111.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 (beş yüz on altı) manat (12 ay x 43 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran GORENJE , HOFFMANN LED, Yupiter YP asqı üçün 391 (üç yüz doxsan bir) manat olmaqla ondan 356 (üçyüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 228 (iki yüz iyirmi səkkiz) manat (12 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********49103 Huawei Y5 Lite markalı telefon üçün 10 (on) manat olmaqla ondan 10 (on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********39347 Samsung galaxy A 10 markalı telefon üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 7 (yeddi) manat ödənilməmiş hissə; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********12715 NOKİA 5.1 PLUS DS markalı telefon üçün 36 (otuz altı) manat olmaqla ondan 36 (otuz altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (18 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********07890 Samsung galaxy A10 markalı telefon üçün 475 (dörd yüz yetmiş beş) manat olmaqla ondan 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN mini soba üçün 264 (iki yüz altmış dörd) manat olmaqla ondan 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı İMEİ kodu **********49103 Huawei Y5 Lite telefonu 10 gün istifadə etdikdən sonra geri qaytarmış və 216 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1337 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan xx.xx.2018-ci il, xx.xx.2019-cu il,xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il , xx.xx.2019-cu il, xx.xx.2019-cu il ,xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Termopot Redmond , İMEİ kodu **********84289 Xiaomi Redmi 7A markalı telefon , X1 Black original , Tozsoran GORENJE , HOFFMANN LED , Yupiter YP asqı , İMEİ kodu **********49103 Huawei Y5 Lite markalı telefon , İMEİ kodu **********39347 Samsung galaxy A10 markalı telefon, Malın isteklak xassəsinin pozulmasına görə tutalan məbləğ , İMEİ kodu **********12715 NOKİA 5.1 PLUS DS markalı telefon , İMEİ kodu **********07890 Samsung galaxy A10 markalı telefon , HOFFMANN mini soba “xxxx” MMC tərəfindən Cavabdeh satılmış və nəticədə cəmi 1879 (min səkkiz yüz yetmiş doqquz) manat borc yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Termopot Redmond üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84289 Xiaomi Redmi 7A markalı telefon, X1 Black original üçün 60 (altmış) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixlə müqaviləsinə əsasən tozsoran GORENJE HOFFMANN LED, Yupiter YP asqı üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasn, İMEİ kodu **********49103 Huawei Y5 Lite markalı telefon üçün 10 (on) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39347 Samsung galaxy A 10 markalı telefon üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 7 (yeddi) manat ödənilməmiş hissə; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12715 Nokia 5.1 Plus DS markalı telefon üçün 36 (otuz altı) manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07890 Samsung Galaxy A10 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; 23.122019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann mini soba üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, ümumilikdə 1879 (bir min səkkiz yüz yetmiş doqquz) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Termopot Redmond üçün 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84289 Xiaomi Redmi 7A markalı telefon, X1 Black original üçün 60 (altmış) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixlə müqaviləsinə əsasən tozsoran GORENJE HOFFMANN LED, Yupiter YP asqı üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasn, İMEİ kodu **********49103 Huawei Y5 Lite markalı telefon üçün 10 (on) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39347 Samsung galaxy A 10 markalı telefon üçün 363 (üç yüz altmış üç) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 7 (yeddi) manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12715 Nokia 5.1 Plus DS markalı telefon üçün 36 (otuz altı) manat ödənilməmiş hissə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07890 Samsung Galaxy A10 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; 23.122019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann mini soba üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, ümumilikdə 1879 (bir min səkkiz yüz yetmiş doqquz) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar