Məhkəmə qərarları › İş №2(009)-554/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-554/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-554/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-498/2020 saylı qətnaməsinə əsasən cavabdeh X1 hər ay sabit pul məbləğində tutulan 250 manat alimentin həcminin artırılaraq 300 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 87 manat məbləğində aliment tutulub ona verilməsi qət edilmiş, daha sonra isə həmin məhkəmənin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 140 manat müəyyən edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan 140 manat alimentin həcmi artırılaraq 189 manat məbləğində müəyyən edilmişdir. Sonra isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-498/2020 saylı qətnaməsinə əsasən cavabdeh X1 tutulan 189 manat alimentin həcmi artırılaraq 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 498/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-878/19 saylı qətnaməsi əsasında cavabdeh X1 hər ay sabit pul məbləğində tutulan 189 manat alimentin həcmi artırılaraq 250 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin 250 manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən X1 tutulub anası İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 01 №-li, xx.xx.2021-ci il tarixli 8 saylı mənzil-kommunal istismar sahəsinin arayışından görünür ki, X4 Bakı şəhəri, Bünyad Sərdarov küçəsi, 17 №-li evin 22 №-li mənzilində pasport qeydiyyatındadır. İş materiallarında olan Vİİ-JQ 253080 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, Sultan-zadə Həsən çingiz oğlu xx xxxxxx 1979-cu ildə anadan olmuşdur, atası Sultan-zadə Çingiz Həsən oğlu, anası İddiaçı qızıdır. İş materiallarında olan AZ 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1945-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Ailə Məcəlləsinin 83-cü maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3-82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu hağqında» xx.xx.2019-cu ii tarixli 1699-VQ №-ii Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunur ki, İddiaçı 2-ci qrup əlildir, onun əmək qabiliyyəti yoxdur və hazırda maddi yardıma ehtiyacı var. Qeyd edilməlidir ki, cavabdeh X2 aylıq gəlirinin yetəri qədər olmasını, onun anası İddiaçı saxlanılmasında lazım olan maddi dəstəyi vermək iqtidarında olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı və ana İddiaçı təminat səviyyəsini mümkün qədər tənzimlənmək məqsədilə cavabdeh (oğlu) X1 hər ay 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, aliment miqdarı dəyişdirilməli və əmək qabiliyyəti olmayan xx.xx.1945-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment cavabdeh X1 tutulub İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-cü il tarixli, 2(009)-498/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləgi artırılaraq, cavabdeh X5 oğlundan hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı verilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar