Məhkəmə qərarları › İş №2(009)-558/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-558/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-558/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1946-cı il təvəllüdlü X3 xx.xx.2007-ci il tarixdə yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 40-da vəfat etməsi ilə əladədar ölümün qeyd edilmə faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi dəqiqləşdirmə ərizəsi verərək xx.xx.1946-cı il təvəllüdlü X4 xx xxxxxx 2007-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qohumu Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə rus, eyniləşdirmə nömrəsi ********** olan, xx.xx.1946-cı il təvəllüdlü X8 xx.xx.2007-ci il tarixdə Ukrayna Respublikası, Zaporojye vilayəti, Berdyansk şəhəri, notarial dairəsində vəsiyyətnamə yazaraq Ukrayna Respublikası, Luqansk vilayəti, Perevalskiy rayonu, Perevalsk şəhərində anadan olmuş, xx.xx.1990-cı il təvəllüdlü, eyniləşdirmə nömrəsi ********** olan qohumu Ərizəçi “Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını və ümumilikdə öldüyü günə qədər ona məxsus olacaq hər şeyi və qanunla hüququ olan hər şeyi” vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə xx.xx.2007-ci ildə Zaporojye vilayəti, Berdyansk şəhər notarial dairəsinin xüsusi notariusu V.V.Romançenko tərəfindən təsdiq edilmişdir. Vəsiyyətnamə texniki vasitələrin köməyi ilə vəsiyyət edən şəxsin sözlərinə əsasən tərtib edilib və vəsiyyət edən şəxs tərəfindən imzalanıb. Bu vəsiyyətnamə iki nümunədə tərtib edilib və imzalanıb, onlardan biri Berdyansk şəhər notarial dairəsinin xüsusi notariusu V.V.Romançenkoda (xx.xx.2004-cü il tarixli № 6825, iş yerinini ünvanı:71100,Berdyansk ş., Bir may küçəsi, ev 34, tel.:(06153) 4-52-14) qalıb, digəri isə vəsiyyət edən şəxsə verilib. Vəsiyyət edən şəxsin xahişi ilə onun yaşlı olması və səhhəti ilə bağlı olaraq, vəsiyyətnamə yaşayış yeri üzrə :Zaporojye vil., Berdyansk ş., Frunze küç., ev 9 m 27 ünvanında təsdiq edilib. Vəsiyyət edən şəxsin vəsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. Reyestrdə 1502 № ilə qeyd edilib. “Qurd Qapısı” qəbirstanlığının müdiri H.K.Nəcəfov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yazılı məlumatda göstərilmişdir ki, həqiqətən “Qurd Qapısı” qəbirstanlığında kimsəsizlər sektorunda xx.xx.2007-ci il tarixdə X8 dəfn olunmuşdur. Qeydiyyat kitabında qeyd olunub. Bakı Şəhəri İcra Hakimiyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri A.N. Tağıyevin verdiyi 52 nömrəli xx xxxx 2020-ci il tarixli cavab məktubunda yazılmışdır ki, xx.xx.1946-cı ildə anadan olmuş milliyətçə rus, xx.xx.2007-ci ildə vəfat etmiş X9 xx.xx.2007-ci il tarixində Ümumşəhər (Qurd Qapısı) qəbirstanlığının kimsəsizlər sektorunda 39 saylı qəbirdə dəfn olunmuşdur. Bir daha təsdiq olunur ki, xx.xx.1946-cı il təvəllüdlü, milliyətcə rus X8 xx.xx.2007-ci ildə yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 40-da vəfat etmiş və xx.xx.2007-ci il tarixində Ümumşəhər (Qurd Qapısı) qəbirstanlığının kimsəsizlər sektorunda 39 saylı qəbirdə dəfn olunmuşdur. Ərizəçi Yurevna qohumum X8 tərəfindən ona vəsiyyət edilmiş ünvan 1 ünvanında yerləşən 15,0 kv. yaşayış sahəsindən ibarət, 1 otaqlı, 40 saylı mənzili X3 barəsində “Ölüm haqqında şəhadətnamə”ni ala bilmədiyi üçün adına sənədləşdirə bilmir. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edilsə də, şöbənin baş məsləhətəçisi Nurlana Rəşidova tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q-962/75 nömrəli məktubla cavab verilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyıti aktlarının qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinin tələblərinə əsasən ölüm faktı tibb müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənləri nəzərə almağınızı xahiş edirik. “Ölümün qeyd edilma faktının” müəyyən edilməsi ona, xx.xx.2007ci il tarixdə vəfat etmiş X1 miras əmlaka vərəsəlik işi açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. “Ölüm haqqında şəhadətnamə” olmadıqda və ya “Ölümün qeyd edilmə faktının” müəyyən edilməsi barədə məhkəmə qətnaməsi olmadıqda qanun üzrə “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin alınması mümkün deyil. X3 barəsində “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 333 nömrəli məktubla Bakı şəhəri, Nəsimi rayonu 1 saylı Poliklinikanın baş həkiminə müraciət etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi K.T.Cabbarovanın verdiyi 227 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə ona cavab verilmişdir ki, xx.xx.1946-cı il təvəllüdlü X6 poliklinikanın ambulator qeydiyyatında yoxdur və olmayıb. Bununla əlaqədar ölümə səbəb haqqında məlumatımız olmadığına görə, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün deyil. xx.xx.1946-cı il təvəllüdlü X4 xx.xx.2007-ci il tarixdə yaşadığı ünvanda ölməsi ilə əlaqədar “Ölüm haqqında şəhadətnaməni” başqa yolla əldə edə bilmir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MKTD Əhaliyə vətəndaşlıq xidməti trestinin 52 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1946-cı ildə anadan olmuş, milliyətcə rus, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X11 xx.xx.2007-ci il tarixdə Ümumşəhər (Qurd Qapısı) qəbistanlığının kimsəsizlər sektorunda 39 saylı qəbirdə dəfn edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən ünvanlanmış məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan ÖM seriyalı, 235355 saylı Mülkiyyət hüququnun qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, 15 kv.m olan 1 otaqdan ibarət 40-saylı mənzil X7 adına xüsusi mülkiyyət kimi xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan vəsiyyətnamədən görünür ki, xx xxxxxx 2007-ci il tarixində 1502№ ilə reyestrdə qeydiyyata alınmış, xx xxxxxx 1990-cı il təvəllüdlü Ərizəçi adına xx xxxxxx 1946-cı il təvəllüdlü X5 adına xx xxxxxx 1946-cı il təvəllüdlü X10 tərəfindən vəsiyyət edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx xxxxxx 1946-cı il təvəllüdlü X3 xx xxxxxx 2007-ci ildə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1946-cı il təvəllüdlü X3 xx xxxxxx 2007-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar