Məhkəmə qərarları › İş №2(009)-588/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-588/2021

18.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-588/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1rşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1rşı maddi və mənəvi ziyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, Kənar dairəvi yolun kəsişməsi kimi göstərmişdir. Hakim qeyd edir ki, cavabdehin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aiddir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1rşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ərazi üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar