Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-600/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı hesablanmış faizlərin silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı hesablanmış faizlərin silinməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından, eyni zamanda iddia ərizəsi forma və məzmununa riayət edilməməklə verildiyindən sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin adı, onların poçt ünvanları, iddia tələbini əsaslandığı hallar, iddiaçının tələbi və iddia ərizəsinə əlavə olunan sənədlər göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində cavabdehin ünvanını, iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısını göstərməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verilmişdir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində cavabdeh “xxxx” ASC-nin hüquqi ünvanı göstərilməmişdir. AR Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, “xxxx” ASCnin hüquqi ünvanı ünvan 1 hakim hesab edir ki, hüquqi şəxs olan cavabdehin hüquqi ünvanı Nəsimi rayonu olduğundan, iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxıla bilməz və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı hesablanmış faizlərin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-600/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-600/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver