Məhkəmə qərarları › İş №2(009)-616/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-616/2021

16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-616/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1939-cu il təvəllüdlü X3 xx xxxxxxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, anası xx.xx.1939-cu il təvəllüdlü X7 81 yaşında xx xxxxxxxx 2020-ci il saat 20:00-da dünyasını dəyişmişdir. Faktla bağlı Təcili və Təxirə Salınmaz X11ndan ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. X2 Naxçıvan MR Şərur rayonu Dəmirçi kənd qəbirstanlığında xx xxxxxxxx 2020-ci il tarixdə dəfn etmişdir. Daha sonra Bakı şəhər Baş Səhiyyə İdarəsi 34 nömrəli şəhər Polikilikasına müraciət etmişdir ki, X2n ölüm haqqında şəhadətnaməsini ona təqdim etsinlər. Lakin Bakı şəhər Baş Səhiyyə İdarəsi 34 nömrəli şəhər Polikilikası müraciətini təmin etməmişdir. Səbəb kimi də, ambulator kartası və müraciəti olmadığına görə mümkün olmadığını göstərmişlər. Daha sonra Maraqlı şəxsnə ölüm şəhadətnaməsinin verilməsi üçün müracət etmiş, lakin Maraqlı şəxs cavab olaraq bununla bağlı məhkəməyə müraciət etməyini bildirmişlər. Başqa yolla ölüm haqqında şəhadətnaməni ala bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi yazılı şəkildə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan yekun məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 4 mənzil 133 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR, ünvan 1 nümayəndəliyindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuş, ata qrafasında X9, ana qrafasında isə X7 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 03518037 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1939-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 4 mənzil 133 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan X13 X11 19 saylı Yardımçı Stansiyasının xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə xəstə X5 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 2 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm cinsi qadın olan meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 34 nömrəli şəhər Polikilikası tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü İ massiv ünvanında yaşamış (qeydiyyat: Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 4 mənzil 133) X1 qəsəbəsi 34 saylı Poliklinikaya müraciət etməyib, tibbi qeydiyyatda olmamışdır. xx.xx.2020-ci il tarixdə həkimə qədər ölüm baş vermişdir. Mərhumun ambulator kartası və müraciəti olmadığına görə ölüm haqqında sənədi vemək mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən X8 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 05/Q-78/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1939-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş X3 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1939-cu il təvəllüdlü X2n xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1939-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş X3 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş X3 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar