Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-617/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı “X2” MMC-nin təsisçisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və “Avropa Azərbaycan Məkətəbi” Təhsil Kompleksi” MMC-yə qarşı işçinin vurduğu ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC-nin təsisçisi X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və “Avropa Azərbaycan Məkətəbi” Təhsil Kompleksi” MMC-yə qarşı işçinin vurduğu ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 150.0.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdehin sayına görə əlavə edilməmişdir(iddia ərizəsi bir nüsxədə əlavə edilmişdir). Digər tərəfdən hakim qeyd edir ki, iddiaçı mübahisənin düzgün həll edilməsi üçün zəruri olan sənədləri iddi ərizəsinə əlavə etməmişdir. Belə ki, iddiaçı Bkı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında cavabdehin əldə edəcəyi pula payının tanınmasını tələb edir, lakin həmin qətnamənin surətini iddia ərizəsinə əlavə etməmişdir. AR MPM- 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumu da ödənilməmişdir. İddiaçı tərəfindən irəli sürümlüş tələbdən görünür ki, həmin tələb vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.1 və 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda dövlət rüsumu 20 manat, 500 manatdan çox olduqda dövlət rüsumu 30 manat tutulur. Hakim qeyd edir ki, irəli sürülmüş tələb qiymətli və 500 manatdan çox olduğu üçün, ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. Lakin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmamışıdr. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı “X2” MMC-nin təsisçisi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və “Avropa Azərbaycan Məkətəbi” Təhsil Kompleksi” MMC-yə qarşı işçinin vurduğu ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-617/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-617/2021
29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver