Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-620/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, iddiaçı «xxxx» MMC-nin direktoru İddiaçı cavabdeh Damask restoranın sahibi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı «xxxx» MMC-nin direktoru İddiaçı cavabdeh Damask restoranın sahibi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 8000 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə gecikdirilmiş hər ay üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərildiyi kimi əsas məbləğin faizi ilə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin direktoru İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Ərizədən görünür ki, iddiaçı tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, cavabdehin poçt ünvanı, ümumiyyətlə onun məhkəmə prosesində iştirakının təmin edilməsi üçün zəruri olan hər hansı bir ünvan göstərilməmiş, bu səbəblə həmçinin, məhkəmə aidiyyatının müəyyənləşdirilməsi mümkün olmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, eyni zamanda, dövlət rüsumu da ödənilməmişdir. Digər tərəfdən, iddia ərizəsindən aydın olur ki, cavabdeh əcnəbi vətəndaş olmaqla onun Azərbaycan Respublikasında daimi yaşayış yerinin mövcud olub-olmadığı məlum deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən isə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. . Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı «xxxx» MMC-nin direktoru İddiaçı cavabdeh Damask restoranın sahibi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-620/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-620/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver