Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-644/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs işə cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü Xudiyeva Gülnar Böyükağa qızının xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası Xudiyeva Gülnar Böyükağa qızı xx xxxx 1964-cü ildə Yardımlı rayonunun Horavar kəndində anadan olmuşdur. O uzun müddət xəstəlikdən əziyyət çəkmiş və ev şəraitində aparılan müalicələr müsbət nəticə verməmişdir. xx xxxxxx 2021-ci il tarixdə anası Xudiyeva Gülnar Böyükağa qızının səhhətinin ağırlaşması ilə əlaqədar 103 nömrəsinə zəng edərək həkim çağırmışdır. Çağırışa gələn həkimlər anası Xudiyeva Gülnar Böyükağa qızının müayinə etməkdən imtina edərək həkimə qədər ölümün baş verdiyini bildirmişlər və bu barədə ona arayış təqdim olunmuşdur. Göstərilən arayışı Bakı şəhər Baş Səhiyyə İdarəsinin 33 nömrəli şəhər poliklinikasına 1-ci terapiya şöbəsinə təqdim olunmuş, lakin göstərilən polklinikadan ona arayış təqdim olunaraq göstərilmişdir ki, vəfat etmiş şəxs 33 №-li İİ ŞP-da tibbi qeydiyyatda olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 05 №-liəmrinə müvafiq olaraq polklinika tərəfindən 106 №-li ölüm haqqında tibbi şəhadətnamənin veriilməsi mümükün deyil. Bakı şəhəri Təcili və X2 Stansiyasının 9 saylı Bölməsinin x xxxxxx 2021-ci il tarixli və Bakı şəhər Baş Səhiyyə İdarəsinin 33 nömrəli şəhər poliklinikasına 1-ci terapiya şöbəsinə arayışları ölüm haqqında şəhadətnamə verilməsindən ötrü Bakı şəhəri Maraqlı şəxsnə müraciət olumuşdur. Lakin Bakı şəhəri Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli, 05/Q-30/15 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Xudiyeva Gülnar Böyükağa qızının ölümünü təsdiq edən həkim arayışı olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Əlavə olaraq qeyd edir ki, qohumları ilə birgə mərhum anası Xudiyeva Gülnar Böyükağa qızını Səbail rayonunda yerləşən Səbail Bələdiyəsinə məxsus qəbirstanlıqda dəfn edilmişdir. Hazrda ölüm faktını şahidlər, müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar tam təsdiq edir. Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ö/t 3 A ünvanında yerləşən mənzilin işığı, qazı və suyun sayğacları mərhum anasının adına olmuş və ölüm haqqında şəhadətnamə olmadığından onları öz adına keçirdə bilmir. Hazırda ölüm haqqında şəhadətnamənin alınmasının onun üçün hüquqi əhəmiyyəti olduğundan və həmin sənədi başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/Q-30/15 saylı məktubdan görünür ki, Xudiyeva Gülnar Böyükağa qızının ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş materiallarında olan Təcili və X2 Stansiyasının xx.xx.2021-ci il tarixxli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 19 saylı Bölmənin təcili tibbi yardım briqadası xx.xx.2021-ci il tarixdə 22:10 radələrində ünvan 2 ünvanında olarkən orada 56 yaşlı Xudiyeva Gülnar Böyükağa qızı adlı qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx xxx 1989-cu ildə anadan olmuş, atası X1, anası Ağayeva Gülnar Böyükağai qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Xudiyeva Gülnar Böyükağa qızı xx.xx.1964-cü ildə Yardımlı rayonu, Horavar kəndində anadan olmuşdur və ünvan 3 3A ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum anasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum Xudiyeva Gülnar Böyükağa qızının ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyətində olan mənzilin kommunal xidmətlərin onun adına keçirilməsi ilə bağlı yaranan maneənin aradan qaldırılması üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Xudiyevıa Gülnar Böyükağa qızının xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-ci il təvəllüdlü Xudiyeva Gülnar Böyükağa qızının xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Xudiyeva Gülnar Böyükağa qızının adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-644/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-644/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver