Məhkəmə qərarları › İş №2(009)-686/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-686/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-686/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X6 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh6 qarşı “yaşayış sahələrinə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Səbail Rayon MKTB – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh6 qarşı “yaşayış sahələrinə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mənzil xidmət haqqına görə 57,48 manat, məişət tullantılarına görə 72,0 manat - cəmi 129,48 manat borcun, cavabdeh X1 mənzil xidmət haqqına görə 57,60 manat, məişət tullantılarına görə 86,40 manat - cəmi 144,0 manat borcun, Cavabdeh3 mənzil xidmət haqqına görə 48,48 manat, məişət tullantılarına görə 72,0 manat - cəmi 120,48 manat borcun, Cavabdeh4 mənzil xidmət haqqına görə 170,0 manat - cəmi 170,0 manat borcun, cavabdeh X3 mənzil xidmət haqqına görə 45,60 manat, məişət tullantılarına görə 44,68 manat - cəmi 90,28 manat borcun, Cavabdeh6 mənzil xidmət haqqına görə 64,80 manat, məişət tullantılarına görə 36,0 manat - cəmi 100,80 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi barədə, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyət hüquqlarının qeydiyyat vəsiqələrinə əsasən yaşadıqları mənzillərin müikiyyətçiləridirlər və hamısı 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinləridirlər. Lakin cavabdehlər istifadə etdikləri yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edirlər. Belə ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 57,48 manat, məişət tullantıları üzrə 72,0 manat - cəmi 129,48 manat borcu vardır. Cavabdeh X2 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 57,60 manat, məişət tullantıları üzrə 86,40 manat - cəmi 144,0 manat borcu vardır. Cavabdeh3 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 48,48 manat, məişət tullantıları üzrə 72,0 manat - cəmi 120,48 manat borcu vardır. Cavabdeh X10 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 170,0 manat - cəmi 170,0 manat borcu vardır. Cavabdeh X4 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 45,60 manat, məişət tullantıları üzrə 44,68 manat - cəmi 90,28 manat borcu vardır. Cavabdeh6 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 64,80 manat, məişət tullantıları üzrə 36,0 manat - cəmi 100,80 manat borcu vardır. Dəfələrlə cavabdehlərə 9 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, onlar buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişlər. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Onlara xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlərlə müqavilə olmadan da onlara tərəfimizdən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Sonradan iddiaçının nümayəndəsi X12 iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 mənzil xidmət haqqına görə 57,48 manat, məişət tullantılarına görə 72,0 manat - cəmi 129,48 manat borcun, Cavabdeh2 mənzil xidmət haqqına görə 57,60 manat, məişət tullantılarına görə 86,40 manat - cəmi 144,0 manat borcun, Cavabdeh4 mənzil xidmət haqqına görə 170,0 manat - cəmi 170,0 manat borcun, Cavabdeh6 mənzil xidmət haqqına görə 64,80 manat, məişət tullantılarına görə 36,0 manat - cəmi 100,80 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi barədə, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyini cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 ərizə ilə məhkəməyə müraciət edərək 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərdiyi 23 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən cavabdehlərdən Cavabdeh3 və X11 iddia tələbi üzrə mənzil xidmət haqqı üzrə və məişət tullantılarına görə borcu ödədiklərindən mülki iş üzrə cavabdehlər Cavabdeh3 və X7 aid hissədə iddia ərizəsinin baxılmamış saxlanılmasını, həmin hissədə iddia ərizəsinin və onlara aid olan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh6 qarşı “yaşayış sahələrinə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi cavabdehlər Cavabdeh3 və X7 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbini, iddia tələbi həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini məişət tullantılarına görə 86,40 manat ödənilməsi və çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə etiraz etmədiyini bildirmiş, mənzil xidmət haqqının ödənilməsi hissəsində isə iddiaçının sakinlərə hər hansı bir mənzil xidməti göstərmədiyini qeyd edərək əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh1 verilmiş 19 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 42 saylı mənzilində Cavabdeh1, X8 və X17 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh2 verilmiş 02 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 36 saylı mənzilində Cavabdeh2, X9, X16 və X13 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh4 verilmiş 19 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, 8 saylı evin 24 saylı mənzilində Cavabdeh4 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh6 verilmiş 22 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 10 saylı evin 9 saylı mənzilində Cavabdeh6 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 42 saylı mənzilinin sahibi Cavabdeh1 mənzil xidmət haqqına görə 57,48 manat, məişət tullantılarına görə 72,0 manat - cəmi 129,48 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 36 saylı mənzilinin sahibi Cavabdeh2 mənzil xidmət haqqına görə 57,60 manat, məişət tullantılarına görə 86,40 manat - cəmi 144,0 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, 8 saylı evin 24 saylı mənzilinin sahibi Cavabdeh4 mənzil xidmət haqqına görə 170,0 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 10 saylı evin 9 saylı mənzilinin sahibi Cavabdeh6 mənzil xidmət haqqına görə 64,80 manat, məişət tullantılarına görə 36,0 manat - cəmi 100,80 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdeh Səbail rayon MKTB 9 saylı MKİS-ə olan mənzil xidmət haqqı və məişət tullantılarına görə borclarının ödənilməsi barədə xəbərdar olunmuşlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 42 saylı mənzilində, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 36 saylı mənzilində, Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, 8 saylı evin 24 saylı mənzilində, Cavabdeh6 Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 10 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar, onların qeydiyyatda olduqları mənzilə Səbail rayonu MKTBnin 9 saylı MKİS-si xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə, cavabdeh X2 xx.xx.2020-ci il tarixə, cavabdeh X10 xx.xx.2020-ci il tarixə, Cavabdeh6 xx.xx.2020-ci il tarixə mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmişlər və bu xidmətlərə görə borcları yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə bəxəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tuutlması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: - çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 xx.xx.2020-ci il tarixə, cavabdeh X5 xx.xx.2020-ci il tarixə, cavabdeh X18 xx.xx.2020-ci il tarixə, Cavabdeh6 xx.xx.2020-ci il tarixə qədər olan müddət ərzində mənzil xidməti və məişət tullantıları haqqını ödəmədiklərindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən hal-hazıradək cavabdehlərə xidmət göstərilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması cavabdehlərə təklif olunsa da, cavabdehlər müqavilə bağlamaqdan imtina etmişlər. Lakin iddiaçı tərəfindən cavabdehlərə mülkiyyətlərində olan mənzilə görə xidmət göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzimlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınmasına görə adambaşı ayda 30 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 mənzil xidmət haqqına görə 57,48 manat, məişət tullantılarına görə 72,0 manat - cəmi 129,48 manat borcu, cavabdeh X1 mənzil xidmət haqqına görə 57,60 manat, məişət tullantılarına görə 86,40 manat - cəmi 144,0 manat borcu, Cavabdeh4 mənzil xidmət haqqına görə 170,0 manat - cəmi 170,0 manat borcu, Cavabdeh6 mənzil xidmət haqqına görə 64,80 manat, məişət tullantılarına görə 36,0 manat - cəmi 100,80 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən iddia borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binaya Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 9 saylı MKİS tərəfindən xidmət göstərildiyindən, lakin cavabdehlər göstərilən xidmtələ bağlı iddiaçı ilə müqavilə bağlamaqdan imtina etdiklərindən, bununla bağlı, eləcə də xidmət haqqlarının ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yarandığından, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı “yaşayış sahələrinə görə borcun tutulması və müqavilənin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə iddia tələbi yuxarıda qeyd edilən qaydada təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 mənzil xidmət haqqına görə 57,48 (əlli yeddi manat qırx səkkiz qəpik) manat, məişət tullantılarına görə 72,0 (yetmiş iki) manat olmaqla, cəmi 129,48 (bir yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat borc, Cavabdeh2 mənzil xidmət haqqına görə 57,60 (əlli yeddi manat altmış qəpik) manat, məişət tullantılarına görə 86,40 (səksən altı manat qırx qəpik) manat olmaqla, cəmi 144,0 (bir yüz qırx dörd) manat borc, Cavabdeh4 mənzil xidmət haqqına görə 170,0 (bir yüz yetmiş) manat borc və Cavabdeh6 mənzil xidmət haqqına görə 64,80 (altmış dörd manat səksən qəpik) manat, məişət tullantılarına görə 36,0 (otuz altı) manat olmaqla, cəmi 100,80 (bir yüz manat səksən qəpik) manat borc tutularaq Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 42 saylı mənzili üzrə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, 9 saylı evin 36 saylı mənzili üzrə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi, 8 saylı evin 24 saylı mənzili üzrə və Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 10 saylı evin 9 saylı mənzili üzrə Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsinə dair müqavilənin bağlanması öhdəliyi müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar