Məhkəmə qərarları › İş №2(009)-708/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-708/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-708/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu X1 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı əmlakların qaytarılması və icarə obyektindən çıxarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: X2 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı əmlakların qaytarılması və icarə obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ona geri qaytarılmasını xahiş etmişdir. Hakim ərizəni araşdıraraq hesab edir ki, sənədlər geri qaytarmalıdır. Belə ki, AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 152.1.9 və 263-264-cü maddələrini rəhbər tutaraq, hakim… QƏRARA ALDİ: X1 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı əmlakların qaytarılması və icarə obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar