Məhkəmə qərarları › İş №2(009)-770/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-770/2021

11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-770/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qılıc Hüseynovun Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qılıc Hüseynov Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürümlüş tələbdən görünür ki, həmin tələb elektron nəzarət qurğusunun dəyərinin tutulması ilə bağlıdır. AR MPM-nin 149.4-cü maddəsinə əsasən iddia ərizəsində mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Hakim qeyd edir ki, iddiaçı elektron nəzarət qurğusuna vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırsa da, həmin qurğuya dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, icra məmuru icra sənədinin icrasını həyata keçirən səlahiyyətli (vəzifəli) şəxsdir və dövlət mülkiyyətinə aid əmlaka dair vurulmuş ziyanla bağlı məhkəmədə yalnız həmin əmlakın mülkiyyətçisi olan dövlət qurumunun müvafiq etibarnaməsi əsasında çıxış edə bilər. Lakin iddiaçıya belə səlahiyyətin verilməsi ilə bağlı iddia ərizəsinə hər hansı sənəd (etibarnamə və yaxud digər səlahiyyət verən sənəd) əlavə olunmadığından, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən verilmiş hesab edilir. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qılıc Hüseynovun Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar