Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-797/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - cavabdeh 46 saylı MKİS-ə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh 46 saylı MKİS-ə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə baxılmadan iddia ərizəsinin və əlavə olunmuş materialların geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azər. Resp. MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə isə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı - cavabdeh 46 saylı MKİS-ə qarşı “əmək haqqı” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-797/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-797/2021
07.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver