Məhkəmə qərarları › İş №2(009)-804/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-804/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-804/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən yükdaşıma qaydalarının pozulamsı maddəsi ilə tərtib edilmiş protokolun əsassız olduğu üçün ləğv edilməsi, dayanacağa ödədiyi (5 manat) məbləğin ona geri qaytarılması, 2-3 saat nəqilyyat vasitəsini və onu məşğul etdikləri üçün 200 manat pulun ödənilməsi, “Mənəvi zərərin ödənilməsi barədə” qanunvericiliyin məhkəmələr tətəfindən tətbiqi təcrübəsi haqqında AR X1 xx.xx.1999-cu il 9No-li qərarını, xx.xx.2008-ci il tarixli 7 saylı Qərarını əsas tutaraq onun xeyrinə 1000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından, habelə iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Belə ki, iddiaçının bir tələbi inzibati protokolun ləğv edilməsi ilə bağlıdır, digər tələbləri isə cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. AR İXM-nın 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd edilən Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi fiziki şəxs səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə və ya yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər. İnzibati protokoldan isə məhkəməyə şikayət verilməsi qanunla nəzərdə tutulammışdır. Digər tərəfdən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə verilən şikayətə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və həmin qərardan şikayətə mülki mühakimə icraatı qaydasında baxılması qanunla yol verilmir. Bu səbəbdən hakim hesab edir ki, iddiaçı tərəfindən səlahiyyətli orqanın protokolundan (qərarından) verilmiş şikayətə mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Hakim iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi üzrə qeyd edir ki, onun bu tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb olsa da, həmin tələb səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından verilmiş şikayətlə birlikdə baxıla bilməz. Həmin tələb AR MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdeh orqanın rəsmi qeydə alındığı yerin məhkəməsində ayrıca şəkildə mülki mühakimə icraatı qaydasında baxıla bilər. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmyan tələblər birləşdirildiyindən, eyni zamanda irəli sürümlüş tələblərdən biri mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim həmçinin izah edir ki, iddiaçı səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından AR İXM-nın 128 və 129-cu maddələrinə əsasən müvafiq səlahiyyətli orqanı və ya məhkəməyə şikayətlə, dövlət orqanının hərəkətləri ilə bağlı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə AR MPM-nin 35.1-ci maddəsinə əsasən müvafiq məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından AR İXM-nın 128 və 129-cu maddələrinə əsasən müvafiq məhkəməyə və ya yuxarı səlahiyyətli orqana şikayətlə, dövlət orqanının hərəkətləri ilə bağlı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə AR MPM-nin 35.1-ci maddəsinə əsasən müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar