Məhkəmə qərarları › İş №2(009)-838/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-838/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-838/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı xx.xx.1968-ci il təvəllüdlü X4 xx xxxxxx 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.1 ünvanında ev şəraitində ürək infaktından ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X6 xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.1 ünvanında ev şəraitində ürək infaktından vəfat etmişdir. xx xxxxxx 2021-ci il tarixində qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Yasamal rayon qəbirstanlığında dəfn edilmişdir. Bir müddət sonra o mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdi və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Səbail rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən şahid X1 izahat verərək bildirmişdir ki, o X4 doğma dayısıdır. X6 dünyasını dəyişən zaman orada olmamışdır, lakin ona məlumat verilən kimi həmin yerə gəlmişdir. Ailəli deyildi, uzun müddət idi ki tək yaşayırdı. Dünyasını dəyişməsinin səbəbi ürək çatışmazlığı olmuşdur. Məhkəmənin baxış iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, mərhum Axundov Fuad onun bibisi oğlu idi. Ürək çatışmazlığından əziyyət çəkirdi. O dünyasını dəyişəndə orada olmamışdır. Daha sonra yas mərasiminə gəlib çata bilmişdir. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin portaldan çıxarışından görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 2 mənzil 24 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə, saat 22:00-da çağırış daxil olmuşdur. Həkimə qədər kişi meyidi aşkar edilmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ona X4 ölümünün qeydə alınması barədə ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi mərhum atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə mərhum qardaşı X4 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X4 adına xx.xx.2021-ci il tarixdə, saat 22:00-da təcili tibbi yardım stansiyasına çağırış olmuş, həkimlər gələnə kimi X6 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1968-ci il təvəllüdlü X4 xx xxxxxx 2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar