Məhkəmə qərarları › İş №2(009)-883/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-883/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-883/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun oğlu X3 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Oğlunun halı dəyişən kimi 19 saylı X10 çağırdılar, lakin 19 saylı Yardımçı Stansiyasının həkimləri gələnə kimi oğlu dünyasını dəyişmişdir. Bu barədə 19 saylı Yardımçı Stansiyasından müvafiq arayış da verilmişdir. Oğlu vəfat etdikdən sonra onu Şıxov qəbirstanlığında dəfn etmişlər. Oğlunun vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2021-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün oğlunun adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi göstərmişdir. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 33 nömrəli şəhər poliklinikasına müraciət etmiş, oradan ona arayışla bildirmişlər ki, vəfat etmiş şəxs poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Oğlunun ölüm faktının müəyyən edilməsi onun qeydiyyatdan çıxarılması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Yaxın qonşuluq münasibətindədir, ərizəçinin oğlu içki düşgünü olmuş və qara ciyəri serrozu baş verdiyi üçün rəhmətə getmişdir. xx.xx.2021-ci il tarixdə Məhəmməd rəhmətə getmiş və həmin vaxtı o, orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, ölənin bacısı, ərizəçinin qızıdır. Həqiqətən də təsdiq edir ki ,qardaşı uzun müddət işçi düşgünü olmuş və xəstəliyi nəticəsində xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Rəhmətə gekdikdən sonra qardaşını Şıxov qəbiristanlığında dəfn etmişlər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X3 xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən X3 xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında Ərizəçi göstərilmişdir. İş üzrə Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 19 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə saat 21:20-də ünvan 1 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə 33 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 3 saylı arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə 19 No-li TTTYS tərəfindən verilmiş məlumata əsasən Y.Mürsəlov, ev 10 ünvanında yaşayan 1968-ci il təvəllüdlü X3 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li ŞP-da tibbi qeydiyyatda olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 05 No-li əmrinə müvafiq olaraq poliklinika tərəfindən 106 No-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ona oğlu X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Səbail Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SBHA-92 saylı arayışından görünür ki, Ərizəçi ünvan 3 10 ünvanında yaşayan və xx.xx.2021-ci il tarixdə vəfat etmiş oğlu X1 dəfn xərci ödəmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə oğlu X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə oğlunun qeydiyyatdan çıxarılması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin oğlu X7 oğlunun adına xx.xx.2021-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi M.Mahmudov vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar