Məhkəmə qərarları › İş №2(009)-919/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-919/2021

03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-919/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi İddiaçı avtomaşının həbsdən çıxarılması və avtomaşını idarə etmək üçün etibarnamənin verilməsi barədə ərizənin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək istifadəsində olan avtomaşın üzərində qoyulmuş həbsin ləğv edilməsi və həmin avtomaşına dair idarə etmək üçün etibanamənin verilməsi barədə ərizə ilə məhkəməyə ümraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin adı, onların poçt ünvanları, iddia tələbini əsaslandığı hallar, iddiaçının tələbi və iddia ərizəsinə əlavə olunan sənədlər göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində cavabdehin ünvanını, iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısını göstərməmişdir. Ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir və ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Ərizəçi tərəfindən verilmiş ərizə AR MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş formaya uyğun deyil, cavabdehin adı və onun rəsmi qeydiyyatda olduğu ünvan göstərilməmiş, cavabdeh qarşı tələb konkret göstərilməmiş və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunammışdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və iddia ərizəsi geri qaytarılamlıdır. Hakim avtomaşın üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı ərizəçiyə izah edir ki, ərizəçi ilk növbədə avtomaşın üzərinə həbsin qoyulmasını təsdiq edən müvafiq qərarı əldə etməlidir. Avtomvşın üzərinə iddianı təmini tədbiri kimi həbs qoylubsa bu halda həmin təmini tədbirinin ləğv edilməsi, avtomaşın üzərinə icra sənədinin icrasını təmin edilməsi ilə bağlı həbs qoyulubsa bu halda həmin həbsin götürülməsi ilə bağlı müvafiq məhkəməyə ümraciət etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi İddiaçı avtomaşının həbsdən çıxarılması və avtomaşını idarə etmək üçün etibarnamənin verilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar