Məhkəmə qərarları › İş №2(009)-952/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-952/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-952/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdehnə qarşı “əmlakdan istifadə edə bilmədiyinə görə ona dəyən maddimənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkəti nəticəsində özünə məxsus nəqliyyat vasitəsindən istifadə edə bilmədiyinə görə ona dəymiş 291.840 manat maddi və 10.000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə geri qaytarılması, iddiaçının həmin ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Qərardaddan İddiaçı verdiyi şikayət Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4582/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün iş materiallarının Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya tərəfindən müəyyən olunmuşdur ki, hazırki tələb inzibati orqanın inzibati xəta üzrə fəaliyyətindən yaranan münasibətlər üzrə mübahisədən irəli gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh ünvanı Bakı şəhəri, Xırdalan Binəqədi şossesi 4 olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 (009)-630/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icraata xitam verilməsi qərarının icra edilməməsi ilə əlaqədar əmlakından istifadə edə bilmədiyinə görə ona dəymiş 291.840 manat maddi və 10.000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya, aidiyyati üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 (009)- 630/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icraata xitam verilməsi qərarının icra edilməməsi ilə əlaqədar əmlakından istifadə edə bilmədiyinə görə ona dəymiş 291.840 manat maddi və 10.000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırkı tələblə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar