Məhkəmə qərarları › İş №2(009)-953/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-953/2021

05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-953/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli elektron qərarın ləğv edilməsi və 5000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından, habelə iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyindən iddianın yolverilməzliyinə görə geri qaytarılırmalıdır. Belə ki, iddiaçının bir tələbi inzibati qərarın ləğv edilməsi ilə bağlıdır, digər tələbi isə cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd edilən Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi fiziki şəxs səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə və ya yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər. Digər tərəfdən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə verilən şikayətə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və həmin qərardan şikayətə mülki mühakimə icraatı qaydasında baxılması qanunla yol verilmir. Bu səbəbdən hakim hesab edir ki, iddiaçı tərəfindən səlahiyyətli orqanın qərarından verilmiş şikayətə mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Hakim iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi üzrə qeyd edir ki, onun bu tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb olsa da, həmin tələb səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından verilmiş şikayətlə birlikdə baxıla bilməz. Azərbaycan Respublikası 152.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli elektron qərarın ləğv edilməsi və 5000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pul” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından İXMnin 128 və 129-cu maddələrinə əsasən müvafiq məhkəməyə və ya səlahiyyətli orqana şikayətlə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar