Məhkəmə qərarları › İş №2(009)-964/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-964/2021

18.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-964/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Abbasova Gülnarə Güləli qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Qanuni nümayəndə və onun vəkili X1 iştirakı ilə İddiaçı 3-cü şəxs qismində Bakı şəhəri 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə Cavabdeh1 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3-cü şəxs qismində Bakı şəhəri 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə Cavabdeh1 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı 3-cü şəxs qismində Bakı şəhəri 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə Cavabdeh1 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar