Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-976/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş edilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs2ndə akt qeydində soyadının, adının və ata adının X4 kimi qeyd edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3 bioloji atası, X8 isə onun anasıdır. Valideynlərinin arasında xx xxxxxx 1984cü ildə nikah bağlanmışdır. xx xxxx 1987-ci il tarixdə anası ilə atası arasında nikah pozulmuşdur. Nikah pozulandan sonra babası X1 ərizəsinə əsasən, onun ata adı dəyişdirilmiş və ata adı babasının adı kimi, yəni Viktor yazılaraq ona bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. Bu yaxınlarda o işə qəbul olmaq üçün sənədlərini hazırlayarkən, doğum haqqında şəhadətnaməni axtarıb tapa bilmədiyi üçün, Maraqlı şəxs2nə ərizə ilə müraciət edərək təkrar şəhadətnamə almaq istədi. Lakin Maraqlı şəxs2ndən verilmiş cavabdan ona məlum olmuşdur ki, qeydə alınmış xx.xx.1985-ci il tarixində tərtib edilmiş 1216 saylı doğum haqqında akt qeydində soyadı, adı və ata adı Ərizəçi Yuryeviçdir, doğum haqqında akt qeydinin ata qrafasında ata - xx.xx.1961-ci il təvəllüdlü X9. Bu səbəbdən Maraqlı şəxs2 tərəfindən xx.xx.2021-ci il tarixli 05/70-250 saylı məktubla ona təkrar şəhadətnamənin verilməsindən imtina edilmiş və səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 nömrəli qərarına əsasən yaşayış qeydiyyatında olduğu Qeydiyyat şöbəsinə müraciət etməyi tövsiyə edilmişdir. Bundan sonra o, qeydiyyatda olduğu Maraqlı şəxs1nə ərizə ilə müraciət etdi, lakin həmin şöbədən ona verilmiş xx.xx.2021- ci il tarixli məktubla təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. O həyatının böyük hissəsini X2 kimi yaşamış və bütün sənədlərində onun ata adı Viktoroviç kimi qeyd olunmuşdur. Belə ki, onun şəxsiyyət vəsiqəsində, hərbi biletində, ümumvətəndaş pasportunda, sürücülük vəsiqəsində; əsas, orta və iki ali təhsili haqqında şəhadətnamə, attestat və diplomlarda; daşınmaz əmlakına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən «Çıxarış»da və texniki pasportda; nikah haqqında və uşaqlarının doğumu haqqında şəhadətnamələrdə ata adı Viktoroviç kimi qeyd edilib. Qeydiyyat şöbəsində ata adının bu vaxtadək Yuryeviç kimi qalmasının səbəbini bilmir. Zaxaroviç xx xxxxxx 2004-cü il tarixdə vəfat etdiyinə görə, bu barədə ondan soruşa bilmir. Edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən Qeydiyyat şöbələri tərəfindən imtina edildiyinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AB N 453398 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdə Ərizəçi sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan AO ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.2005-ci il tarixdə Ərizəçi hərbi xidmət keçmişdir. İş materiallarında olan BN 327370 nömrəli Əsas təhsil haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 2000-ci il tarixdə 72 saylı orta məktəbi oxumuşdur. İş materiallarında olan A 588393 saylı Attestatdan görünür ki, Ərizəçi 2002-ci il tarixdə 271 saylı məktəbi bitirmişdir. İş materiallarında olan YB 016391 nömrəli diplomdan görünür ki, Ərizəçi 2012-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. İş materiallarında olan MH seriyalı ******* nömrəli DƏDRX Daşınmaz əmlakın hüquqların qeydə alınmasına dair Çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində olan 0.0162 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 777307 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Mamedova Leyla xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Maqaldadze, arvada Maqaldadze soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 377025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında Maqaldadze Leyla qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 149221 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında Maqaldadze Leyla qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 092331 saylı ölüm haqqnda şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə müraciət etsə də, ona düzəliş edilərək yeni şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.7 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 306.2 maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi məktəbə qəbul olunan vaxt Ərizəçi kimi qeyd edilmişdir. Bu isə sübuta yetirilir ki, məktəbə Ərizəçi qəbulu doğum haqqında şəhadətnaməsi əsasında aparılmışdır. Həmçinin iş materiallarında olan hərbi biletdən, şəxsiyyət vəsiqəsindən, digər sənədlərdən tam sübuta yetirilir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi olub və qeydiyyat şöbəsində olan qeydlərə dəyişikliklər edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qətnamə xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1216 saylı doğum haqqında akt qeydindəki qeydlərə düzəliş edilərək Ərizəçi kimi qeyd edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-976/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-976/2021
27.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver