Məhkəmə qərarları › İş №2(010)-1833/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1833/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1833/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı cavababdehlər Cavabdeh1 X1 ASC-yə, Bakı şəhər Cavabdeh2nə və Daşınar- Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC Mərkəzinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavababdehlər Cavabdeh1 X1 ASC-yə, Bakı şəhər Cavabdeh2nə və Daşınar- Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC Mərkəzinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, həmin iddia ərizəsi verilərkən iddia ərizəsində cavabdeh kimi göstərilmiş “Daşınar-Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC Mərkəzi”nin poçt ünvanı göstərilməyərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddələrində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa dair müəyyən edilmiş tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə görə, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavababdehlər Cavabdeh1 X1 ASC-yə, Bakı şəhər Cavabdeh2nə və Daşınar- Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC Mərkəzinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar