Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2008/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1 Qasımovun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və əmlak bölgüsü” tələbinə dair ərizəsinə əsasən mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: Suraxanı rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan “Volksvagen Passat» markalı, ** RE *** dövlət qeydiyyat nömrəli avtomobilinə İddiaçı 1/2 hissədə pay hüququ müəyyən edilmişdir. İddiaçı vəkili və nümayəndəsi məhkəməyə əlavə qətnamə qəbul edilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə məhkəmə xərcləri hissədə qətnamə qəbul edilmədiyini bildirərək həmin məsələyə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə teleqramla müraciət edərək əlavə qətnamə qəbul edilməsinə dair məhkəmə iclasına işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsinə məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin materiallarına əlavə olunmuş 24.02.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən Gəncə şəhəri 1 saylı vəkil bürosu ilə bağlanmı müqaviləyə görə 210 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək, öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə qeyd olunan məhkəmə xərclərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə əlavə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Cavabdeh məhkəmə xərclərinə görə 200 (iki yüz) manat və dövlət rüsumuna ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2008/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(010)-2008/2021
12.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver