Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2346/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusuna və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilənin etibarsız sayılması, kəsici müddət, satınalmaqda üstünlük hüququ) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusuna və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. RX seriyalı 008*832 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evi 6/8 hissə İddiaçı adına və 2/8 hissə X2 adına olmaqla paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.
2. *4 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı *006962 saylı 07.*2.202*-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını Cavabdeh2 47500 manata satmışdır.
3. İddiaçı məhkəməyə müraciət etməklə 07 dekabr 202*-ci ildə Bakı şəhəri *4 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsində istifadədə olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını alıcı Cavabdeh2 mülkiyyətinə verilməsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsini istəyir.
4. İddiaçı iddiasını belə əsaslandırır ki, 07.*2.202*-ci ildə Bakı şəhəri *4 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, Bil-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsində istifadədə olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus 6/8 hissə payının alıcı Cavabdeh2 mülkiyyətinə verilməsi barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqısatqı müqaviləsi bağlanarkən Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X5 iştirak etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bul-Bülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsində istifadədə olan 0.02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evi atasına məxsus olmuşdur. X* vəfatından sonra iddiaçı və anası X4 həmin evin atasından miras qalmış */2 hissəsini qəbul etmişdir. Həmin mülkün iddiaçıya məxsus 6/8 hissə payı naturada ayrılmışdır. İddiaçı alqı-satqı müqaviləsi bağladıqdan sonra evi satmaq fikrindən daşınmışdır. İddiaçının buna haqqı var və o, bu barədə notariusa gedib fikrini bildirmişdir. Notarius isə iddiaçıya imtina məktubu verməmişdir.
5. Cavabdeh2 iddia tələbinə etirazını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.*, 324.3, 324.4, 385.*, 386.*-ci maddələrini rəhbər tutmaqla belə əsaslandırır ki, iddiaçı iddia ərizəsində fikrini belə əsaslandırıb ki, alqı-satqı müqaviləsi bağladıqdan sonra evi satmaq fikrindən daşınıb. Belə çıxır ki, iddiaçı ilə alıcı Cavabdeh2 arasında əqd rəsmiləşdirilərkən iddiaçı sərbəst şəkildə, heç bir təzyiq altında olmadan öz iradə ifadəsini bildirmişdir və buna heç bir etirazı və narazılığı olmamışdır. Cavabdeh olaraq, bununla bağlı Mülki Məcəllənin 404-cü maddəsinə nəzər salınmasını zəruri hesab edir. Həmin maddəyə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman biitün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu zaman şəxsin iradə ifadəsinin nədən ibarət olması mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna isə, iradə ifadəsi deyilir. Deməli, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr isə iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir. Hazırki iş üzrə iddiaçının iradə ifadəsi Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, *-ci Bül-Biılə küçəsində istifadədə olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ iizrə ona məxsus 6/8 hissə payının alıcı Cavabdeh2 mülkiyyətinə verilməsi barədə olmuşdur. Yəni ki, əqdin motivi iddiaçının cavabdeh qarşısında üzərinə öhdəlik götürməsini ehtiva etmişdir ki, əqdlər üçün ən mühüm əhəmiyyət kəsb edən psixoloji amillərdən biri də motivdir. Motiv isə şəxsi hər bir halda müqavilə bağlamağa sövq edən psixoloji amildir. Motivlər əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası daşımır. Lakin hər bir halda şəxsin niyyəti yəni əqdin motivi əqdin bağlanmasına yönələn və öz arzusu ilə hər hansı öhdəlik yarada bilən meyardır. Ona görə də iddiaçı həmin müqaviləni imzalamaqla onun şərtlərini qəbul etmiş və onun niyyəti və iradə ifadəsi həqiqi olmuşdur.
Tərəflərin izahatları
6. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəlillərini müdafiə etdiyini bildirməklə iddiasının təmin olunmasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, evin qiymətində yanıldığı üçün aşağı qiymətə satdığını anlayıb bir neçə gün sonra notariusa müraciət etmişdir. Notarius qardaşının razılığı olmadan müqaviləni rəsmiləşdirə bilməzdi.
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh2 AZEMİS vasitəsi ilə ərizə göndərərək bildirmişdir ki, iddiaçı ilə onun arasında əqd rəsmiləşdirilərkən iddiaçı sərbəst şəkildə, heç bir təzyiq altında olmadan öz iradə ifadəsini bildirmişdir və buna heç bir etirazı və narazılığı olmamışdır. Ona görə də iddiaçı həmin müqaviləni imzalamaqla onun şərtlərini qəbul etmiş və onun niyyəti və iradə ifadəsi həqiqi olmuşdur. Vicdanlı alıcı olaraq hesab edir ki, iddia tələbi əsassızdır. Bildirir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Lakin buna baxmayaraq hesab edir ki, işə onun iştirakı olmadan da baxıla və yekun məhkəmə aktı çıxarıla bilər. Göstərilənləri və vicdanlı alıcı olduğunu nəzərə alıb iddia tələbinin rədd edilməsini və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasına dair yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh *4 saylı Notariat Ofisinin xüsusi notariusu X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə *3 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə *4.2.*. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
13. Maddə *40. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
14. Maddə *52.*. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
15. Maddə 2*8.*. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
16. Maddə 2*8.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə *5 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
17. Maddə 2*8.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
18. Maddə 324.* və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
19. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Maddə 347.*. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
22. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
23. Maddə 405.*. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
24. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 76.*. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 78.*. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi
30. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
31. Mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
32. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
33. İddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, evi satarkən qiymətdə yanılmış, evi aşağı qiymətə satmışdır.
34. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onların bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir.
35. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir.
36. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin iradə sərbəstliyi olmadan bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
37. İddiaçının “müqavilənin etibarsız sayılması” tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 347.*-ci maddəsinin məzmunundan göründüyü kimi, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.*. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;
38. 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
39. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
40. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür.
41. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Maddənin hüquqi mahiyyəti ilə əlaqədar həm də qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir – bu müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
42. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqavilə 07 dekabr 202*-ci il tarixində bağlanmışdır. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, müqavilənin bağlanmasından bir neçə gün sonra notariusa müraciət etmişdir. Lakin məhkəmə onu da müəyyən edir ki, iddiaçı sözügedən müqavilənin etibarsızlığı üçün 2022ci ilin aprel ayında məhkəməyə müraciət etmişdir.
43. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının irəli sürdüyü dəlillərdən biri də digər payçının razılığı alınmadan evin satılmasıdır. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının (§ *6, *7) mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Bakı şəhəri *4 saylı Notariat Ofisinin xüsusi notariusuna və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova