Məhkəmə qərarları › İş №2(010)-2480/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2480/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2480/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi Əlövsət qızının (Maraqlı şəxs) "ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əlövsət qızı (Maraqlı şəxs) "ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası ərizəçinin iştirakı ilə 22.04.2021-ci il tarixində keçirilərək mülki işin baxış iclası 24.05.2021-ci il tarixinə təyin edilmiş və bu haqda ərizəçiyə və maraqlı şəxsə rəsmi məlumat verilmişdir. 24.05.2021-ci il tarixli məhkəmə iclasına ərizəçi və maraqlı şəxsin nümayəndəsi gəlmədiyindən mülki işə baxılması 08.06.2021-ci il tarixə təxirə salınmışdır. Ərizəçi və maraqlı şəxsin nümayəndəsi üzrlü səbəb göstərmədən 08.06.2021-ci il tarixdə, saat 10:20-də keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi Ərizəçi Əlövsət qızının (Maraqlı şəxs) "ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Ərizəçi Əlövsət qızının (Maraqlı şəxs) "ölümün qeyd edilmə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar