Məhkəmə qərarları › İş №2(010)-2741/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2741/2021

12.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Maddi ziyanın ödənilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2741/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Zakir oğlunun İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tutulması tələbinə dair iddiası, Cavabdeh2 İddiaçı qarşı Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 12 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onuna əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçı 35 000 (otuz beş min) ABŞ dolları məbləğində ödəməklə cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablanmışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir. Binanın tikintisi baş çatmasına və artıq bir neçə payçının öz mənzillərini təmir edib həmin mənzillərə köçüb yaşamalarına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırmış, mənzilin təmiri ilə bağlı görəcəyi işlərə süni maneələr yaratmışdır. Cavabdeh əsassız olaraq müqavilədən kənar iddiaçıdan əlavə ödəniş tələb etmişdir. Bu səbəbdən iddiaçı 10 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə iddia ərizəsi verərək, Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsi ilə iddiaçının - İddiaçı Cavabdeh1 mənzil tikinti kooperativinə qarşı 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Cababdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, iş apellyasiya məhkəməsinin icraatına verildikdə isə Cavabdeh1 MTK iddiaçıya qarşı iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, sonradan isə həmin müqavilənin ləğv olunması barədə Qubadlı rayon məhkəməsinə iddialar vermişdir. Həmin mülki işlərin baxılması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində Cavabdeh1 MTK-nın Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsindən verdiyi şikayətlə bağlı işin icraatı dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı Sumqayıt şəhər məhkəməsində verdiyi iddiaların ikisi də təmin olunmamış, cavabdeh bu iki iş üzrə Qubadlı rayon məhkəməsi tərəfindən çıxarılmış 27.10.2017-ci il və 27.11.2018-ci il tarixli məhkəmə qətnamələrini Ali Məhkəməyə qədər mübahisələndirmişdir. Nəhayət sonuncu, müqavilənin ləğvi barədə tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli, 2(102)-3(106)-2020-ci il tarixli qərarı ilə Cavabdeh1 MTK-nın iddiaçıya qarşı verdiyi əsassız iddialara son qoyulmuşdur. Həmin qərarla cavabdehin iddiaçıya qarşı sonuncu iddiasının, müqavilənin ləğvi barədə Qubadlı rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli, 2(105)-1459/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçının ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsində icraatı dayandırılmış iş təzələnərək, işə baxmış, Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Suraxanı rayon məhkəməsində iddiaçının Cavabdeh1 MTK-ya qarşı verdiyi iddia ərizəsinə baxılarkən, mənzilin özgənikləşdirilməsinə qadağanın qoyulması barədə məhkəmə tərəfindən qəbul olunmuş qərardada baxmayaraq, cavabdeh iddiaçıya qarşı MTK ilə iddiaçını arasında mənzilə dair bağlanmış müqavilənin mübahisələndirilməsi iddiasına baxılan ərəfədə arxa tarixlə, 11.03.2014-cü il tarixlə bağladığı müqavilə ilə mənzili digər cavabdehə, Cavabdeh2 satmışdır. Arxa tarixlə müqavilənin bağlanmasını ona görə qeyd edir ki, Suraxanı rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və hətta Ali Məhkəmədə iddiaçı tərəfindən verilmiş iddiası ilə bağlı baxılmış mülki işlərin qəbul olunmuş qərarlar mübahisələndirilərkən Cavabdeh1 MTK mənzilin Cavabdeh2ya satılmasını bildirməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində müqavilənin etibarsız hesab olunması barədə işə baxılarkən, həmin işə üçüncü şəxs kimi Cavabdeh2 da qoşulmuşdur. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəmələrində iştirak etdiyi hər iki işlə bağlı çıxarılmış qətnamələrlə razılaşmış, lakin bundan sonra həmin mənzilə dair mülkiyyət hüquqlarını qeydə aldırmış, adına reyestrdən çıxarış almışdır. Cavabdeh2, mənzilin problemli olduğunu bilirdi, hətta danışıq zamanı bildirmişdir ki, 2018ci ildə o, mənzili 40 manata almışdır. 3 otaqlı, mənzili qeyd olunan dövrdə hazırda yerləşdiyi yerdə 40 000 manat alınması mümkünsüzdür. İddiaçı Cavabdeh1 MTK-ya qarşı Suraxanı rayon məhkəməsində iddia verəndə və həmin işə məhkəmədə baxılan zamanı (2016-2017-ci illər) mənzil təmirsiz olmuşdur, yəni həmin ərəfədə mənzil başqa bir şəxsə satılmamışdır. Vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********03 saylı, 19.02.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, məhəllə ev 193, mənzil 56 (yeni qaydada Yusif Eyvazov küçəsi 193, M 13, m.l) “Elita-R" MTK tərəfindən verilmiş 20.09.2019-cu il tarixli maliyyə arayışına, Cavabdeh1 MTK üzvlərinin ümumi iclasın 134 №-li, 20.09.2019-cu il tarixli protokolundan çıxarışına əsasən 19.11.2020-ci il tarixində ilkin olaraq Qasanova Simanın adına qeydiyyatdan keçmişdir. Bundan sonra iddiaçı mənzilə baxış keçirən zamanı müəyyən olunmuşdur ki, tikintisi başlayan zamanı birinci iki mərtəbələr qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş sahələrdən, ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi, yaşayış sahəsinə çevirilərək, bir neçə yeni mənzillər əmələ gəlmiş, bu səbəbdən mənzil sıralamasında və mərtəbədə dəyişiklik olmuşdur. Bu səbəbdən müqavilə ilə Cavabdeh1 MTK-dan aldığı mənzilin yerləşdiyi mərtəbə 12 deyil 14 olmuş, mənzilin nömrəsi isə 56 deyil 61 olmuşdur. Vəkil tərəfindən edilmiş təkrar sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********66 saylı, 15.04.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, məhəllə ev 193, 61 №-li mənzil (yeni qaydada Yusif Eyvazov küçəsi 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbə) ‘Elita-R ” MTK tərəfindən verilmiş 20.08.2019-cu il tarixli 174 №-li protokolundan çıxarışa, 20.08.2019-cu il tarixli maliyyə arayışına əsasən 05.01.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və sözü gedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m çıxarışda isə 97.2 kv.metr kimi göstərilmişdir. Qeyd olunan arayışla Cavabdeh1 MTK- ilə bağladığı 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən aldığı mənzilin qanunsuz olaraq Cavabdeh2 satılması və onun adına sənədləşdirilmənin aparılması, eyni zamanda mənzilin sahəsi bağladığı müqavilədən az olması öz təsdiqini tapmışdır. Faktiki olaraq mənzilin iddiaçıya məxsus olması Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsi və Cavabdeh1 MTK ilə aralarında olan məhkəmə çəkişmələrinin yekun qərarları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən sonradan Cavabdeh2 Hüüseyn oğlunun adına həmin mənzilə dair aparılmış bütün sənədləşdirilmə (Cavabdeh1 MTK-nın 20.08.2019-cu il tarixli 174 №-li protokolu, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış 11.03.2014-cü il tarixli müqavilə, Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun, onun adına verilmiş 05.01.2021-ci il tarixlə, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, həmin mənzilin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasına tələb olunan protokoldan çıxarışın verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır. Bundan başqa Cavabdeh1 MTK mənzilin sahəsinə görə iddiaçıdan alınmış artıq 8.16 kv. metr sahənin (müqaviləyə görə 105.36 kv.m.-Çıxarışıa görə faktiki ölçü 92.2 kv.m= 8.16 iv.m.) dəyəri- faktiki ödədiyi 35 000 ABŞ dolları nəzərə alınmaqla 8.16 kv.m X 1 kv.-nin dəyəri 332 ABŞ dolları = 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını iddiaçıya qaytarılmalıdır. Cavabdeh “Elita-R MTK 2016-cı ildən başlayaraq bu günə kimi iddiaçıya qanunsuz hərəkətləri ilə müxtəlif maneələr yaratmaqla mənzilə sahiblənməyə mane olmuşdur. Buna görə cavabdehlə iddiaçının arasında, hər birisi yuxarı məhkəmə instansiya məhkəmələrinə qədər getmiş 3 predmet üzrə məhkəmə mübahisələri olmuşdur: Bakı şəhəri Suraxanı rayon Məhkəməsində İddiaçı Cavabdeh1 MTK-ya qarşı “maneələrin aradan qaldırılması, mənzilin təhvil verilməsi” barədə iddia tələbin”ə dair 2(010)-49/2017 saylı mülki iş-06 fevral 2017-ci il tarixli qətnamə; Qubadlı rayon məhkəməsində Cavabdeh1 MTK-nın iddiaçıya qarşı müqavilənin etibarsız hesab olunmasınba dair 2(028)-762/2017 №-li iş-27.10.2017-ci il tarixli qətnamə; Qubadlı rayon Məhkəməsində “müqavilənin ləğvi barədə” Cavabdeh1 MTK-nın mənə qarşı iddia tələbi üzrə 2(105)-1459/2018 №-li mülki iş-27.11.2018-ci il tarixli qətnamə; Cavabdeh1 MTK ilə hazırkı məhkəmə mübahisəsi artıq 4-cü mülki işdir. Cavabdeh1 MTK başa çatmış məhkəmə mübahisələri mənzilin mülkiyyətçisi iddiaçı olduğu təsdiq olunmasına baxmayaraq, cavabdeh” Elita-R” MTK-nm rəhbərliyi qanunlara, iddiaçının mülkiyyət hüquqlarına məhəl qoymayıb, dələduzluq edərək, mənzilinə dair digər şəxsə, Cavabdeh2 mülkiyyətinə verilməsinə dair sənədləşdirməni həyata keçirir, mənzilə dair mülkiyyət hüquqularının qeydə alınması üçün 20.08.2019-cu il tarixli 174№-li protokol tərtib edir. Cavabdeh "xxxx" MTK 5 ildir ki, iddiaçıya aldığı mənzilə sahiblənmək mənzilə dair mülkiyyət hüququndan məhrum etmiş, həmin dövrdən bu günə kimi iddiaçı mənzildən istifadə edə bilmir. Qeyd olunan dövrdən bu günə kimi iddiaçı cavabdeh” Cavabdeh1 MTK-nın qanunsuz hərəkətlərindən maddi və mənəvi cəhətdən ziyan çəkir. Əsasən mənəvi cəhətdən vurulmuş ziyandır ki, bunu heçnə ilə ifadə etmək olmur. Cavabdeh1 MTK-nın iddiaçıya məhkəmə çəkişmələrinə cəlb etmək, məhkəmələrdə iddiaçını süründürərək, bundan sonra da MTK-nın rəhbərliyi açıq şəkildə dələduzluq əməllərini davam etdirərək mənzili başqa şəxsin Cavabdeh2 mülkiyyətinə keçirilməsi üçün sənədləşdirmə aparmış, bunun nəticəsi olaraq yeni məhkəmə mübahisəsi yaratdığına görə hüquqularının bərpası üçün iddiaçıya maddi ziyan vurulmaqla yanaşı, əsəb gərginliyi keçirməyi keçirmişdir. Hesab edir ki, Cavabdeh1 MTK keçirdiyi stres və əsəbə görə iddiaçıya mənəvi ziyan kimi 50 000 manat ödəməlidir. Bununla əlaqədar Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanıda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil № 61-li mənzil olması və iddiaçıya məxsus olması; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, mənzil 1, giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair cavabdeh “Elita-R MTK-nın Cavabdeh2 adına mülkiyyət hüquqularının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, 20.09.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi; Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş 05.01.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışın ləğv olunması; Cavabdeh2 və onun mübahisəli mənzildə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması; ünvan 1 giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair mülkiyyət hüquqularının qeydə alınması üçün MTK-nın ümumi yığıncağının iclas protokolundan çıxarışın və yeni ünvanla mənzilin dəyərinin tam ödəniliməsinə dair maliyyə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; Cavabdeh1 MTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçıdan artıq aldığı 8.16 kv metr sahənin dəyərini, 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını, Cavabdeh1 MTK-nın rəhbərliyinin mübahisəli mənzillə bağlı iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində vurulmuş 50 000 manat mənəvi ziyanın və məhkəmə xərci kimi ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası 53-cü maddəsinə əsasən, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, həmin hissədə Cavabdeh2 Daşınmaz Əmlakın Reyestri Xidmətinini mübahisəli mənzilə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəis, 193, M14, m1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakın reyestrindən qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş 05.01.2021-ci il tarixli, **********5 saylı qeydiyyat çıxarışı etibarsız hesab edilməsi tələbi ilə əvəz olunmasını xahiş etmişdir. Qalan hissədə olan tələblər dəyişdirilməmiş qalır. Həmin tələblərdə yeni tələb də daxil olmaqla İddiaçı iddiasını tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yekun iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 MTK ilə iddiaçının arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil № 61 saylı mənzil olması və həmin mənzilin sahiblik hüququ ilə məxsus olması, iddia ərizəsində 4-cü tələbində Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüquna dair verilmiş 05.01.2021-ci tarixli **********5 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması kimi dəyişiklik edərək, bu tələblərə dair və iddia ərizəsində olan digər tələblər dəyişdirilmədən saxlanılmışdır. Həmin tələblərin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı, üçüncü şəxs “Elita-R" MTK ilə cavabdeh arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı idda ərizəsi ilə müraciət edərək, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı idddia onunla əsaslandırmışdır ki, işdən göründüyü 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blok, 12ci mərtəbə, 56 saylı mənzilinə dair müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra işin faktiki hallarından görünür ki, tərəflər arasında digər başqa hər-hansı sənədləşmə işləri aparılmamışdır. Belə ki, müqavilənin bağlanmasından 11 ildən çox bir vaxt keçmiş, təkcə Cavabdeh2 qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia müddətini, həm də ümumi iddia müddətini ötürmüşdür. Müqavilənin 08 aprel 2010-cu il tarixdə bağlanmasına baxmayaraq, hal-hazırkı vaxtadək, müqavilə bağlanmış mənzilin dəyərinin ödənilməsi barədə hazırkı tarixədək maliyyə arayışını almamış, bundan başqa həmin müqavilə bağlandıqdan sonra, 61 №-li mənzilə dair Cavabdeh1 MTK ilə aralarında müqavilə bağlanmamışdır. İndi isə yuxarıda göstərilən prosedurların həyata keçirilməsini cavabdehin məhkəmə vasitəsi ilə tələb etməsi qanunsuz və əsassızdır. Ümumiyyətlə isə hazırkı işin heç bir məhkəmə aidiyyatı mümkün deyildir. Tərəflər arasında mövcud məhkəmə mübahisələrinin olması da buna əyani sübutdur. Tərəfindən də hazırkı işin araşdırılması ilə bağlı Cavabdeh1 MTK-ya müraciət edilmiş və onlar özlərinin məktubu ilə rəsmi qaydada iddiaçıya bildirmişlər ki, müqavilə bağlanmışdır ki, Ramil, Teymur və cavabdeh İddiaçı tərəfindən tikintini armatur və materiallarla təmin etsinlər. Ancaq, onların heç biri bunu etməmiş, heç bir mal-material verməmişlər. Cavabdeh İddiaçı özü də bunu bu gün də sübuta yetirə bilmir, halbu ki, sübut etmək yükü iddiaçının üzərinə düşür. Belə ki, hələ bundan öncə də iddiaçı və Cavabdeh1 MTK və İddiaçı arasında olan məhkəmə mübahisələrində də tərəflər kassa ödəniş sənədlərinin, müqavilənin etibarsız sayılması, mənzilin təhvil verilməsi, təmir üçün yaradılmış maneənin qadağan edilməsi üzrə tələblərə baxılmış, ancaq bu məhkəmə iclaslarında nə mal-materialların, nədə ki, mənzillə görə hər hansı bir ödənişin Emin tərəfindən ödənilməsi ilə bağlı sübut təqdim edilməmişdir. İstər cavabdeh Emin, istərsə də Cavabdeh1 MTK arasında gedən məhkəmə mübahisələri zamanı hər iki tərəf məlumatlı olmuşlar ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzil alınmış, burada təmir işləri aparılmış, hazırda ailəsi ilə birlikdə həmin yaşayış sahəsində yaşayır. İşin yuxanda göstərilən hallarına əsasən Emin tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya qarşı qaldırılmış iddia rədd edilməli, bundan başqa iş üzrə iddia müddəti də tətbiq edilməlidir. Hələ bundan öncə İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu Məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv/m 3 yaşayış otağından ibarət olan 56 saylı mənzilin ona təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-493/2017 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin İddiaçı verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ- si, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilində təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-493/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Şirinov İkram Sabir oğlunun sədrliyi ilə, hakimlər X6 və X2 ibarət tərkibdə) 2(103)-78/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-493/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh1 MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 56 nömrəli mənzili İddiaçı təhvil versin və İddiaçı həmin mənzildə təmir işləri aparmasına qoyulmuş maneələri aradan qaldırılsın qət edilmişdir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-78/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə ərizə ilə müraciət olunmuşdur. Həmin iş üzrə qəbul edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3/H- 3537/21 saylı 18 may 2021-ci il tarixli qərardadında göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-78/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi də apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinc blok, 12-ci mərtəbə, 56 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzildə təmir işləri aparmasına qoyulmuş maneələri aradan qaldırılması qət edilmişdir. Ərizəçi mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu deyildir. Mövcud vəziyyətdə ərizəçinin tərəfi olmadığı iş üzrə qəbul edilmiş qətnamə və ya icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Ali Məhkəmənin mövqeyindən də aydın olur ki, mübahisələndirlən 61 №-li mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur və şəxsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Cavabdeh1 MTK ilə aralarında 11 mart 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan, 3 otaqlı, 56 nömrəli mənzilin 1 payın alqı-satqısına dair müqavilə imzalanmış, müqavilənin 4.2- ci bəndində əsasən 40 000 manat ödənilmişdir. 11 mart 2014-cü il tarixli arayışa əsasən mənzilin tam dəyərinin ödənildiyi təsdiq edilmişdir. 18 mart 2017-cü il tarixli arayışa əsasən mənzil təmirə buraxılmışdır. Həmin tarixdən mənzildə təmir işləri tərəfimdən həyata keçirilməyə başlamış, 2020-ci ildə təmir başa çatdırıldıqdan sonra ailəsi ilə birlikdə burada köçüb birgə yaşamağa başlamışdır. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kateqoriyasına keçirildiryindən mənzillərin nömrələrində və küçənin adında dəyişiklik olduğu üçün Cavabdeh1 MTK ilə arlarında 20 avqust 2019-cu il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 193 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan, 3 otaqlı, 61 nömrəli mənzilin (1 pay) alqı-satqısına dair 061003 Nömrəli müqavilə imzalanmışdır. X4 ilə 26.11.2014- cü il tarixdə 4 saylı “Asan” Xidmət Mərkəzi Qeydiyyat çöbəsində nikah bağlamış, birgə nikahdan 05 iyul 2016-cı il tarixdə X8, 18 mart 2021-ci il tarixdə X7 anadan olmuşdur. Özü polis leytenantı, X13 Alayının əməkdaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, mənzil 61, Yeni qaydalarla: AZ 1067, ünvan 3, ümumi sahəsi 97.20 kv.m yaşayış sahəsinə 05.01.2021-ci il tarixdə Cavabdeh2 adına çıxarış verilmişdir. “Azəriqaz” İB ilə qazın alqı-satqısı barədə 22.08.2019-cu il tarixdə, "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi ilə su təchizatı və tulantı suların axıdılması barədə 26.07.2019- cu il tarixdə cavabdehlə arasında müqavilələr bağlanmışdır. 2014-cü ildə manatın inflyasiyasından öncə tərəfindən mənzilin alqı-satqısına 40 000 manat, 2017-2020-ci illərdə isə mənzilin təmirinə və mebelinə tərəfindən 80 000 manat pul xərclənmişdir. Bununla əlaqədar qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikasnını Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan: Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MTK ilə arasında bağlanmış Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 08 aprel 2010-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 35 000 (otuz beş min) ABŞ dolları məbləğində ödəməklə, cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-493/2017 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqilə tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin İddiaçı verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə tələbinə dair İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin iddiaçıya təhvil verilməsi, mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12715/2017 saylı iş üzrə 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edlilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mnzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə təmir işləri aparmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 3381/2018 sayıl iş üzrə 15 may 2018-ci il tarixli qərarı ilə qeyd olunan mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)- 49/2017 saylı qətnaməsindən qeyd olunan mülki iş üzrə Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzildə təmir işlərinin aparılmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 may 2021-ci il tarixli, 3/H-3537/21 saylı qərardadına əsasən Bakı pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 78/2020 saylı iş üzrə 30 sentyabr 220-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə təqdimat verilməsinə dair Cavabdeh2 müraciəti əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Həmin qərardad onunla əsaslandırmışdır ki, ərizəçi mübahisələndirilən qətnamənin qəbul edildiyi iş üzrə tərəf və müvafiq olaraq həmin iş əsasında verilmiş icra sənədi üzrə borclu deyildir. Mövcud vəziyyətdə ərizəçinin tərəfi olmadığı iş üzrə qəbul edilmiş qətnamə və ya icra sənədi onu daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüququ qeydə alınmış əmlakdan çıxarılması üçün əsas ola bilməz. Ali Məhkəmənin mövqeyindən də aydın olur ki, mübahisələndirlən 61 №-li mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur və şəxsi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Cavabdeh1 ilə Cavabdeh2 arasında Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə inşa edilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 40 000 (qırx min) manat məbləğində ödəməklə Cavabdeh1 MTK tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49- cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilin payçı kimi həmin mənzilin sahibi olmuşdur. Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 18 mart 2017-ci il tarixli maliyyə arayışı vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)-3106/2020 saylı qərarına əsasən qeyd olunan mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv olunması tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov,) iddia tələbi təmin edilməmişdir. Həmin qərardadn görünür ki, Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) E.Əhmədov və Z.Məmmədov) iddiaçı Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarına əsasən qeyd olunan mülki iş iddiaçı Cavabdeh1 MTK-nın cavabeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov,) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi) E.Əhmədov və Z.Məmmədov) iddiaçı Cavabdeh1 MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş və ih üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşa 08 aprel 2010-cu il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2 (105)-808/2018 saylı qətnaməsindən görünür ki, 11 mart 2014-cü il tarixill Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaivlədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ŞTQ məhəllədə 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12—ci mərtəbə, ümumi sahəsi 105,36 kv m olan 56 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olmaqla pay kimi MTK tərəfindən payçıya verilmişdir. Müqaivlə üzrə mənzilin dəyəri bir kv m sahəsi üçün 380 manat müəyyən edilmiş, cəmi 105, 36 kv m sahəsinin dəyər 40000 manat təşkil edir. Müqavilə ilə müəyyən olunmuş mənzilin dəyəri ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən verilmiş **********03 saylı, 19.02.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 193, 56 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M13, m1) "xxxx" MTK tərəfindən verilmiş 20.09.2019-cu il tarixli maliyyə arayışına, "Elita-R” MTK üzvlərinin ümumi iclasının 134№-li, 20.09.2019-cu il tarixli protokolundan çıxarışına əsasən 19.11.2020-ci il tarixində ilkin olaraq Gasanova Simanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair Gasanova Simanın adına 19.11.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m kimi göstərilsə də, çıxarışda ümumi sahə 97.2 kv.m kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı, 15.04.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzil- (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1; giriş 1, 14-cü mərtəbə) Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 20.08.2019-cu il tarixli, 174№-li protokolundan çıxarışa, 20.08.2019-cu il tarixli maliyyə arayışına əsasən 05.01.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair Cavabdeh2 adına 05.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlər üzrə 105.36 kv.m, çıxarışda isə 97.2 kv.m kimi göstərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.07.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Bundan əlavə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 08 aprel 2010-cu il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MTK ilə bağlanmış müqaviləsinə, həmin müqavilə üzrə müəyyən edilmiş yaşayış sahəsinin dəyərinin ödənilməsinə, yaşayış sahəsinin təhvil verilməsi barədə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsas kimi istinad edərək, müqavilənin predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilə, yeni qaydalara dair Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzilə dair sahiblik hüququnun tanınmasını iddia edir. İlkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 isə cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsini iddia edir. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, Azərbaycan Respulikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. - 117.1-ci maddəsinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Sonuncu normanın məzmunundan görünür ki, kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni, bu halda iradə ifadəsi yalnız onun tərəfindən yazılmış ərizədə öz əksini tapmalıdır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da qeyd olunan normanın məzmununda öz əksini tapmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Cavabdeh1 MTK-nın direktoru İsmayılov C.H ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK tərəfindən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzil satılmışdır. İddiaçı mənzilin qiymətini 100 faiz miqdarında, yəni 35000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəmişdir. (müqavilələrin 4.2-ci bəndlərinə əsasən) Mənzilin dəyərinin tam ödənilməsi barədə cavabdeh iddiaçıya 08 aprel 2010-cu il tarixli maliyyə arayışı vermişdir. İşin faktiki hallarından həmçinin görünür ki, İddiaçı tərəfindən kooperativ üzvlüyündən çıxması ilə bağlı heç bir ərizə verilməmiş və qanunvericiliyin tələbinə zidd olaraq pay haqqı ona geri qaytarılmamışdır. Bundan əlavə ilkin iddia üzrə Cavabdeh1 MTK müqavilənin Vİİİ-ci bəndi ilə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verilməməsi və müqavilə öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar İddiaçı məhkəməyə mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə mübahisələrinin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nın Suraxanı rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(010)-49/2017 saylı qətnaməsindən verdiyi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzildə təmir işləri aparmasına qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Bundan əlavə həmin müqavilənin ləğv edilməsi və yaxud da etibarsız hesab olunması ilkin iddia üzrə Cavabdeh1 MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə belə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında cavabdehin iddiaları təmin edilməmiş, Cavabdeh1 MTK-nın direktoru İsmayılov C.H ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyi təsdiq edilmişdir. Bundan əlavə mülki işin materiallarından görünür ki, 11 mart 2014-cü il tarixill Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ŞTQ məhəllədə 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12—ci mərtəbə, ümumi sahəsi 105,36 kv m olan 56 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olmaqla pay kimi MTK tərəfindən payçıya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********66 saylı, 15.04.2021-ci il tarixli sorğuya cavab olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m1; giriş 1, 14-cü mərtəbəsi) Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 20.08.2019-cu il tarixli, 174№-li protokolundan çıxarışa, 20.08.2019-cu il tarixli maliyyə arayışına əsasən 05.01.2021-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi və həmin qətnamədə iddiaçının mənzilə görə müəyyənləşdirilmiş pul məbləğinin tam ödənilməsinə dair faktiki hallar, həmçinin cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzildə təmir işləri aparılmasına yaradılmış maneələrinin aradan qaldırılması vəzifəsinin mövcudluğu preyudisial əhəmiyyətinə malikdir. Bundan əlavə həmçinin iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)-3106/2020 saylı qərarının, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarının və qərarlarında mübahisə predmeti təşkil edən 08 aprel 2010-cu il tarixli müqavilə üzrə pulun 100 faiz miqdarında ödənilməsi, bununla yanaşı, müqavilə üzrə pulun tam ödənilməsinə dair Cavabdeh1 MTK tərəfindən arayışda verilməsi, ümumiyyətlə qeyd olunan müqavilənin ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün əsasların mövcud olmaması və bununla da həmin müqavilənin qanuni və mötəbər olmasına dair müəyyən edilmiş faktiki hallar preyudisial əhəmiyyətinə malikdir. Həmin məhkəmə proseslərinə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 cəlb edilmiş, və məhkəmənin iclaslarında iştirak etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, iddiçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)-3106/2020 saylı qərarının, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarının preyudisial əhəmiyyətinə malik olduğundan əlavə, həmçinin qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunan mülki qanunvericiliyinin müddəalarına əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 Cavabdeh1 MTK-nın İddiaçı ilə aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin tərəfi olmadığı üçün onun ləğv edilməsini mübahisələndirmək subyektiv hüquqa malik deyildir. Yuxarıda qeyd olunan mənzil qanunvericiliyinin müddəalarını, mulki işin materiallarını, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTK-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci blok, 12-ci mərtəbə, 56 saylı mənzil yeni qaydalara uyğun olaraq 61 saylı mənzil kimi qeydiyyatda dəyişiklik edilməsinə görə hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m 1, giriş 1, 14-cü mərtəbədə yerləşən mənzil 61 saylı mənzil hesab olunmalı, İddiaçı həmin mənzilə dair sahiblik hüquqları tanınmalıdır. Cavabdeh İddiaçı ilə Cavabdeh1 MTK aralasında bağlanmış 08 aprel 2020-cu il tarixli müqavilənin ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İddia tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, mənzil 1, giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair cavabdeh “Elita-R MTK-nın Cavabdeh2 adına mülkiyyət hüquqularının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, 20.09.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş 05.01.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan cavabdeh “Elita-R MTK-nın Cavabdeh2 ilə aralarında bağlanmış 11.03.2014-cü il tarixli müqaviləsinin bağlanmasını mülki qanunvericiliyinin müddəalarına uyğun olub-olmamasına qiymət verməlidir. İlk olaraq müqavilənin bağlanmasından 11 ildən çox bir vaxt keçməsinə, təkcə Cavabdeh2 qarşı deyil, eyni zamanda Cavabdeh1 MTK-ya qarşı həm daşınmaz əmlakla bağlı iddia müddətini, həm də ümumi iddia müddətini ötürülməsinə dair ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş vəsatətinə uyğun olaraq məhkəmə qeyd edir ki, müqavilənin qanuniliyi uzun müddət gedinə məhkəmə mübahisələrində araşdırılmış və bu barədə artıq yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin ləğv olunması tələbinə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2 (102)- 3106/2020 saylı qərarı, iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2 (102)-6607/2018 saylı qərarı, eyni ilə İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2 qarşı mənzilin təhvil verilməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-78/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi vardır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Yuxarıda göstərilən məhkəmə aktlarından məlum olur ki, 2020-ci ilin sentyabr ayına qədər 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyi məhkəmələdər mübahisə predmeti olmuş, məhkəmələrdə həmin iddia ilə bağlı mülki işə baxılmış, bununla əlaqədar məhkəmə hesab edir ki, bu halda iddia müddətinin axımının başlanması anı həmin məhkəmə aktlarının qanuni qüvvəyə mindiyi andan hesab olunmalıdır. Bu halda iddia müddəti tətbiq edilə bilməz Bunda əlavə həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq pay haqqını tam ödədiyindən mübahisə predmeti olan mənzil üzərində istifadə və sahiblik hüquqları mövcud olmuş, lakin onun bu hüquqlarının mövcud olduğu bir vaxtda əsassız olaraq Cavabdeh1 MTK tərəfindən mübahisənin predmeti olan mənzil Cavabdeh2 satılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin qanuniliyinin təsdiq edən məhkəmə aktlarının qanuni qüvvəyə minəndən sonra, o cümlədən 05 yanvar 2021-ci il tarixdə mübahisə predmeti olan mənzil dair mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh1 MTK mülki qanunvericiliyinin tələblərinə zidd olaraq İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilə mövcud olduğu halda, həmin müqavilənin predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49-cu məhəllədə tikilən çoxmənzilli binanın 1-ci blok, 12-ci mərtəbə, 56 saylı mənzilə dair İddiaçı tam dəyərini ödədiyindən sonra artıq sahiblik hüququnu əldə etdiyi halda həmin mənzilin Cavabdeh2 adına keçirilməsi barədə qərar qəbul etdiyindən bu barədə ümumi iclasın 20 sentyabr 2019-cu il tarixli, 134 №-li protokolu, MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli, həmin müqavilə və protokol etibarsız hesab olunduğundan onların əsasında alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 adına ünvan 3, giriş 1,14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş 05.01.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli, 08 aprel 2010-cu il tarixli müqavilənin şərtlərinə və qanuni qüvvəyə minmiş məhkəmə aktların əsasən mənzil boşaldılaraq, o cümlədən Cavabdeh2 və onun mübahisəli mənzildə yaşayan ailə üzvləri çıxarılmalı, ünvan 3, giriş 14-cü mərtəbədə yerləşən 61 sayıl mənzilə dair mülkiyyət hüquqlarının qeyd alınması üçün MTK-ın ümumi yıüğıncağının iclas protokolundan çıxarışın və yeni ünvanla mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışın vəzifəsi Cavabdeh1 MTK-ın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 40000 manat pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılmalıdır. İddianın Cavabdeh1 MTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı artıq aldığı 8,16 kv m sahənin dəyərini, 2709 (iki min yeddi yüz doqquz) ABŞ dollarını tutulması barədə tələbinə dair hissəsinə münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 MTK ilə arasında bağlanmış Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 42048/49-cu məhəllədə tikilən hündürmərtəbəli binanın 1-ci blokun, 12-ci mərtəbəsində yerləşən (bina tikilən zamanı 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahələri olmuş, mənzillərin nömrələnməsi və mərtəbə sayı 3-cü mərtəbədən hesablamışdır), ümumi sahəsi 105,36 kv. m., 3 yaşayış otağından ibarət olan, 56 №-li mənzilə dair 08 aprel 2010-cu il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, Cavabdeh2 adına həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət hüquqlarına dair çıxarışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, ev 193, 61 saylı mənzilin ümumi sahəsi 97.2 kv.m kimi göstərilmişdir. Həmin hal həmçinin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli məktubunda, Cavabdeh2 adına verilmiş 05 yanvar 20021-ci il tarixli çıxarışında öz təsdiqini tapır. Mülki işin materiallarından müəyyən olunur ki, müqaviləyə əsasən Cavabdeh1 MTK üzərinə ümumi sahəsi 105,36 kv.m olan mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyi lazımınca icra etməmiş, ümumi sahəsi 97,2 kv.m təşkil edən mənzili iddiaçıya təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin şərtlərindən görünür ki, tərəflər arasında mənzilin hər kv.m-nin dəyəri 332 ABŞ dolları (mənzilin dəyəri – 35000 ABŞ dolları: ümumi sahə - 105,36 kv.m) olmaqla razılaşdırılmışdır. Mənzilin öhdəliyə uyğun olaraq təhvil verilməli olan sahəsi (105,36 kv.m) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət Reyestri tərəfindən Cavabdeh2 adına verilmiş 05 yanvar 2021-ci il tarixli çıxarışa əsasən müəyyən olunmuş sahəsinin (105,36 kv m) arasında olan fərqin 8,16 kv.m olması və hər kv.m-nin dəyərinin 332 ABŞ dolları olması nəzərə alınarsa, iddiaçıya vurulmuş zərərin məbləği (8,16 x 332) 2709 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 2709 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 MTKdan tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyanın göstərdiyi məbləğlə bağlı sübutları məhkəməyə təqdim etməsə də, lakin uzun müddət, o cümlədən 10 ildən artıq müddət ərzində mübahsənin perdmeti olan mənzilə dair sahiblik hüquqlarının həyata keçirilməsindən məhrum olması ilə əlaqədar müəyyən iztirab, əsəbi gərginlik keçirtməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsinə dair müddəalarını, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılqılğ idda üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MTK-dan 1000 manat məbləğində mənəvi zərər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşı iclas potokolunun etibarsız hesab edilməsi, müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, yaşayış sahəsinə görə ödənilmiş artıq məbləğin alınması, mənəvi ziyanın tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1nə qarşı Cavabdeh1 ilə İddiaçı arasında 08 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49- cu məhəllədə tikilmiş göstərilmiş, 12-ci mərtəbədə yerləşdiyi qeyd olunan 56 saylı mənzilin hazırda yeni qaydalara görə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış yeni ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzil hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair ilkin iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı sahiblik hüquqları tanınsın. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, mənzil 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi MTK üzvlərinin ümumi iclasın 134 №-li, 20.09.2019-cu il tarixli protokolu etibarsız hesab edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2014-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh2 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilə dair Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair verilmiş 05.01.2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 193, M14, m. 1, giriş 1, 14-cü mərtəbədə yerləşən 61 saylı mənzilindən Cavabdeh2 və onun mübahisəli mənzildə yaşayan ailə üzvləri mənzildən çıxarılsın. ünvan 1 giriş 1 14-cü mərtəbədə yerləşən 61 №-li mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün MTK-nın ümumi yığıncağının iclas protokolundan çıxarışın və yeni ünvanda mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışın verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulsun. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 40000 manat pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılsın. Cavabdeh1 MTK 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı artıq aldığı 8.16 kv metr sahənin dəyəri olan 2709 (iki min yeddi yüz doqquz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) ödənilsin. Vurulmuş 1000 manat məbləğində mənəvi ziyan Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia qismən təmin edilidiyindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 (iyirmi üç) manat məbləğində pul Cavabdeh1 Mənzil – Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver