Məhkəmə qərarları › İş №2(010)-4154/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4154/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4154/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxs X2, Maraqlı şəxs X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilıməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi ilə müraciət edərək, 02 dekabr 2002-ci ildə Bakı şəhərində anadan olmağını, anasının xx xxxx 1970-ci il təvəllüdlü Ərizəçi, atasının isə 23 noyabr 1958-ci il təvəllüdlü X13 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi özünü əsl ərizəçi kimi qeyd edərək, ərizəçi X6 ilə əvəzləşdirilməsini xahiş etmiş, ərizəçi X6 ilə əvəzələşdirilməsinə etiraz etməmiş, 28 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında ərizəçi X6 əsl Ərizəçi ilə əvəzləşdirilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, X6 02 dekabr 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası isə X9r. Onun həmçinin 19 oktyabr 1995ci il təvəllüdlü qardaşı X14, 11 sentyabr 2000-ci il təvəllüdlü X10 və 02 yanvar 1998-ci il təvəllüdlü X15 adlı qardaş və bacıları var, lakin o və Azər ev şəraitində anadan olduqlarına görə doğum haqqında şəhadətnamələri olmamışdır. Anası Ərizəçi ona doğum haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd tələb edilmişdir. F.Mirzəyeva ev şəraitində doğulduğuna görə anası bu barədə sənədi qeydiyyat şöbəsinə təqdim edə bilməmiş, bununla əlaqədar onun doğumu qeydə alınmamışdır. Məhz F.Mirzəyevanın doğumun qeydə alınmaması onu bütün insan hüquqlarından məhrum etmiş, o yetkinlik yaşına çatmağına baxmayaraq, hələ də şəxsiyyət vəsiqəsi ala bilməmiş, bütün insan və vətəndaş hüquqlarından məhrum olmuşdur. O, doğum faktını başqa yolla müəyyən edə bilmədiyinə, bu barədə hər hansı bir orqandan sənəd ala bilmədiyinə görə məhkəməyə müraciət elməli olmuşdur. Anası xx xxxx 1970-ci il təvəllüdlü Ərizəçi ilə atası 23 noyabr 1958-ci il təvəllüdlü X13 arasında rəsmi nikah qeydi olmadığına görə onların F.Mirzəyevanın valideynləri olması faktı da qətnamədə öz əksini tapmalıdır. Beləliklə də belə hesab edir ki, F.Mirzəyevanın 02 yanvar 1998-ci ildə Bakı şəhərində anadan olmağı, anası Ərizəçi, atasının isə X13 olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar, 02 dekabr 2002-ci ildə Bakı şəhərində anadan olmağını, anasının xx xxxx 1970-ci il təvəllüdlü Ərizəçi, atasının isə 23 noyabr 1958-ci il təvəllüdlü X13 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi öz izahatında X2 anası olduğunu, onun 19 yaşı olduğunu və 02 dekabr 2002-ci ildə doğulduğunu qeyd etmişdir.Doğum haqqında şəhadətnamə ala bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 öz izahatında doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X13 verdiyi izahatında Fatimə Mirzəyevanın onun qızı olduğunun, 02 dekabr 2002-ci il tarixdə anadan olduğunu, anası Ərizəçi olduğunu, Fatimənin Azər, Bala, Şahmar adında qardaşları, birinci nikahdan da Elnarə, Gülçöhrə və Elmar kimi bacı-qardaşlarının olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Fatimənin evdə doğulmuş, səhlənkarlıq etdiyinə görə sənəd düzəltdirməmiş, o vaxt fəhlə işləmiş, vaxtı olmamışdır. Fatimə məktəbə sənədsiz getmiş, sonra məktəbdə sənəd olmadığını bilib, oxumağına cavab vermədilər. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 öz izahatında, Mirzəyeva Fatimənin əmisi qızı olduğunu, X5 onun atası olduğunu, Fatimənin 02 dekabr 2002-ci ildə doğulduğunu, əmisinin uşaqlarının evdə doğulduqları üçün sənədlərlə bağlı problemləri olduğunu, sənədləri olmadığı üçün Fatimənin təhsil ala bilmədiyini, əmisi ilə birlikdə Sovet küçəsi 7 ünvanında bir həyətdə qaldığını, əmisinin birinci nikahdan Elmar, Gülçöhrə, Elnarə adlı uşaqlarının olduğunu, Fatimənin anasının Ərizəçi olduğunu və Fatimənin evdar qız olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 öz izahatında, qonşu olduqlarını, Fatimənin bibisinin gəlini olduğunu, Fatimənin Sovet küçəsi 7-də yaşadığını, onların da yaxınlıqda yaşadığını, Fatimənin 02 dekabr 2002-ci ildə doğulduğunu, atasının X13 olduğunu, anasının Ərizəçi olduğunu, Fatimənin Azər, Bala, Şahmar, Elnarə, Gülçöhrə və Elmar adlı başqa bacı-qardaşlarının olduğunu, Fatimənin anası ilə atasının rəsmi nikahda olmadıqlarını, imkansızlıqdan sənəd düzəltdirmədiklərini, Fatimənin Sovet küçəsi 7 küçəsində doğulandan yaşadığını və məktəbə getmədiyini bildirmişdir. 14 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X1 öz ifadəsində Fatimə Mirzəyeva ilə qonşu olduğunu, Xəzər rayonunda yaşadığını, lakin evlərinə tez-tez gəlib getməsi göstərmişdir. Həmçinin, Mirzəyeva Fatimənin atası X7, anasının Ərizəçi, Fatimənin 2002-ci ildə ev şəraitində doğulmasını qeyd etmişdir. Həmçinin də qeyd edir ki, Fatimədən başqa Azad Mirzəyevin digər uşaqları var, 4 qardaşı var. Xəstəxanada doğulmadığı üçün şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: - Bakı şəhəri X23 tərəfindən verilmiş tibbi müayinənin nəticələrinə dair 23 iyun 2021-ci il tarixli arayışa əsasən X6 (deməsinə görə valideyni X13) tibbi müayinələrdən keçib və terapevtik sağlamdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 952 saylı 25.06.2021-ci il tarixli arayışa əsasən X6 həqiqətən Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Dadaşov küçəsi, nömrəsiz evdə qeydiyyatsız yaşayır. - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin X4 ünvanladığı 23 iyun 2021-ci il tarixli məktubundan görünür ki, doğum haqqında həkim şəhadətnaməsi olmadığına görə doğum faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır Azərbaycan Respublikasının 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikasının 307.2.3-cü maddəsində qeyd olunub ki. doğum hüquqi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli. 03 saylı Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün hallan aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll elməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı. atasının adı. uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi X6 həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı və onun 02 dekabr 2002-ci ildə Bakı şəhərində doğulmasına dair doğum faktı müəyyən edilməli, doğum akt qeydində ata qrafasında X13, ana qrafasında Ərizəçi göstərilməsi barədə hüquq fakt müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edlisin. X2 02 dekabr 2002-ci ildə Bakı şəhərində doğulmasına dair doğum faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında 23.11.1958-ci il təvəllüdlü X13, ana qrafasında xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar