Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4237/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, X2vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 Cavabdeh qarşı “alimentin artırılması” tələbi tələbi barədə iddia ərizəsiilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq 170 manat sabit pul məbləğində tutlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2vəkili və nümayəndəsi Vəkiliddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, X3 Cavabdeh ilə 2006-cı ildə ailə quraraq uzun müddət birgə yaşamış, ailələrində bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9 adlı bir övladı dünyaya gəlmişdir. Nikahları rəsmi olaraq xx.xx.2007-ci ildə qeydə alınmışdır. Daha sonra cavabdehin iddiaçıya qarşı olan “nikahin ləğvinə dair” iddiası əsasında Suraxanı Rayon Məhkəməsi tərəfindən 2(010)-907/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv edilmiş, azyaşlı övladıı xx.xx.2007-ci il təvəllüdlü X9 anası olaraq onun yanında qalması müəyyən edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X4 yanında və himayəsində qalmış azyaşlı övladı X7 görə 2014-cü il üçün uşaq üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq Cavabdeh 103 AZN aliment məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdehdən öz yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay ən azından yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır. Belə ki hazırki vəziyyətdə gedən inflyasiyanı, uşağın böyüməsini və təhsil xərclərinin artmasını nəzərə alaraq məhkəmənin əvvəlki qətnaməsi ilə kəsilmiş 103 AZN uşağın saxlanması və maddi məsrəfləri üçün yetərli deyildir. Odur ki, məhkəmədən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq 170 manat sabit pul məbləğində tutlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2vəkili və nümayəndəsi Vəkil dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddiası qismən təmin edilmiş və Cavabdeh xx.xx.2007--ci ildə anadan olmuş Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması xx.xx.2014-cü il tarixdən başlayaraq X2 xeyrinə hər ay 103 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlara görə 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dairxx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa sabit pul məbləğində 103 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2020-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh bir uşağa görə sabit pul məbləğində hər ay 170 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, 1xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay sabit pul məbləğində 103 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi hal-hazırda icra edildiyindən cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1212/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh X2 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4237/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4237/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver