Məhkəmə qərarları › İş №2(010)-4303/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4303/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4303/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı “istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Baki şəhəri 37 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə rəsimləşdirilmiş saziş üzrə Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Vy/s, ev 4, mənzil 43-də yerləşən yaşayış sahəsində olan istifadə hüququna xitam verilməsi, xx.xx.2016-ci il tarixdə Baki şəhəri 37 saylı notariat kontoru tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə dəyişiklik edilərək Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V y/s, ev 4, mənzil 43-də yerləşən mənzilə vərəsəlik üzrə tam mülkiyyətinə verilməsinə və Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V y/s, ev 4, mənzil 43-də yerləşən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 2519 nömrəli reyestr kitabının 234517 nömrəli vərəqində qeydiyyatda alınmış) Cavabdeh1 hissəsində ləğv edilərək həmin mənzilin tam şəkildə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların tələbini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı yönəlmiş tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, iddiaçı istifadə hüququna xitam verilməsi, mülkiyyət hüququ haqqında şəhadətnaməyə dəyişiklik edilərək mənzilə vərəsəlik üzrə tam mülkiyyətinə verilməsi və çıxarışın ləğv edilərək həmin mənzilin tam şəkildə mülkiyyətə verilməsi kimi bir-birinə aidiyyəti olmayan tələbləri birləşdirmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsi yalnız bir-biri ilə bağlı olan bir neçə tələbi bir ərizədə birləşdirməyə haqq verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver