Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4348/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanlı yaşayış evindən yataq dəsti, stol və stullar, soyuducu, qaz peçi, dəhlizdə olan şkaf, mətbəx stolundan ibarət olan cehiz əşyalarının öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının - 1 ədəd böyük stol və 8 ədəd stulun, 2 ədəd balaca xalçanın, Yataq mebel dəstinin (2 nəfərlik taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd 3 qapılı dolab), 1 ədəd taxt döşəyi, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd çay dəsmalı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd pərdə, 1 ədəd yataq örtüsü, 2 ədəd yastıq, 1 ədəd dəhliz dolabı (şkafı), 1 ədəd mətbəx stolu və 4 ədəd stulu, 1 ədəd “Beko” markalı soyuducunu, lədəd boz rəngli qaz sobasını, 1 dəst nahar servisini (3 ədəd bulud, 1 ədəd dərin boşqab (supnik), 1 ədəd salfetka qabı, 12 ədəd iri boşqab, 12 ədəd orta ölçülü boşqab, 1 ədəd dərin boşqab, 2 ədəd güldan, 2 ədəd kiçik bulud, 5 ədəd nəlbəki, 2 ədəd ləpə qabı, 1 ədəd salat qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 8 ədəd su bokalı, 2 ədəd böyük lepkalı vaz, 2 ədəd kiçik lepkalı vaz, 1 ədəd göy rəngli səbət şəkilli vaz, 2 ədəd mürəbbə qabı, 9 ədəd yemək qaşığı, 10 ədəd böyük çəngəl, 11 ədəd kiçik çəngəl, 7 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 1 ədəd böyük çömçə, 1 ədəd kiçik çömçə, 2 ədəd 2dişli çəngəl, 1 ədəd 3 dişli çəngəl, 1 dəst divan kreslo örtüyü, 1 ədəd “Evrolyuks” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd qarışdıran (mikser), Çörək qabı dəsti (duz, şəkər, qəhvə qabı), 4 ədəd bıçaq, 3ədəd qazan, 2 ədəd tava, 3 ədəd böyük stəkan, 5 ədəd armudu stəkan, 6 ədəd nəlbəkini İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, mənzil 5-dən cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh X8 ilə iddiaçının oğlu X3 xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında mübahisə baş vermiş və cavabdeh X8 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulmasını tələb etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 arasında nikah rəsmi qaydada pozulmuşdur. Cavabdeh ilə iddiaçının oğlu X4 arasında nikahın rəsmi qaydada pozulmasına baxmayaraq, cavabdeh X8 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, mənzil 5 ünvanlı yaşayış evində hələ də qanunsuz şəkildə öz cehiz əşyalarını saxlayır. Onunla cavabdeh arasında hər hansı öhdəlik xarakterli münasibət yaranmamasına, cavabdehə məxsus olan yataq dəsti, stol və stulları, soyuducunu, qaz peçini, dəhlizdə olan şkafı, mətbəx stolunu saxlamağı öhdəsinə götürməməsinə baxmayaraq cavabdeh X8 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, mənzil 5 yaşayış evində -1 ədəd böyük stol və 8 ədəd stulun, 2 ədəd balaca xalçanın, Yataq mebel dəstinin (2 nəfərlik taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd 3 qapılı dolab), 1 ədəd taxt döşəyi, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd çay dəsmalı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd pərdə, 1 ədəd yataq örtüsü, 2 ədəd yastıq, 1 ədəd dəhliz dolabı (şkafı), 1 ədəd mətbəx stolu və 4 ədəd stulu, 1 ədəd “Beko” markalı soyuducunu, lədəd boz rəngli qaz sobasını, 1 dəst nahar servisini (3 ədəd bulud, 1 ədəd dərin boşqab (supnik), 1 ədəd salfetka qabı, 12 ədəd iri boşqab, 12 ədəd orta ölçülü boşqab, 1 ədəd dərin boşqab, 2 ədəd güldan, 2 ədəd kiçik bulud, 5ədəd nəlbəki, 2 ədəd ləpə qabı, 1 ədəd salat qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 8 ədəd su bokalı, 2 ədəd böyük lepkalı vaz, 2 ədəd kiçik lepkalı vaz, 1 ədəd göy rəngli səbət şəkilli vaz, 2 ədəd mürəbbə qabı, 9 ədəd yemək qaşığı, 10 ədəd böyük çəngəl, 11 ədəd kiçik çəngəl, 7 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 1 ədəd böyük çömçə, 1 ədəd kiçik çömçə, 2 ədəd 2dişli çəngəl, 1 ədəd 3 dişli çəngəl, 1 dəst divan kreslo örtüyü, 1 ədəd “Evrolyuks” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd qarışdıran (mikser), Çörək qabı dəsti (duz, şəkər, qəhvə qabı), 4 ədəd bıçaq, 3ədəd qazan, 2 ədəd tava, 3 ədəd böyük stəkan, 5 ədəd armudu stəkan, 6 ədəd nəlbəkini qanunsuz şəkildə saxlayaraq iddiaçının mülkiyyət hüquqlarına toxunur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, əslində cehiz əşyalarının tələbini ilk olaraq özü istəmişdir. Lakin iddiaçı tərəf buna imkan verməmişdir. İndi isə özünə məxsus olan əşyaların bir qismini qeyd edərək iddia qaldırmışdır. İddia ərizəsində qeyd ediən mənzildə olan əşyalarının siyahısı - Divan və 2 kreslo (dəyəri 550 manat); Stol və 8 ədəd stulu (530 manat); Yataq dəsti: Çarpayı,şifoner,termo; Dəhlizdə 2 şkaf-hamısı birlikdə 4700 manat; Uşaqlar üçün ikimərtəbəli çarpayı(300 manat); Mətbəx mebeli (əlavə şkafları ilə bərabər)(1500 manat); Mətbəx stolu və 4stulu (280 manat); Soyuducu(700 manat); Qaz peçi (250 manat); Paltaryuyan maşın(500 manat); Ətçəkən maşın, şirəçəkən maşın, kokteyl aparatı, soba, tozsoran (560 manat) və digər qab-qacaq ,qazan dəstləri və servizlər(880 manat); Ələkbərin adına xalaları adından alınmış 2 ədəd qızıl qolbaq (350 manat); Qızıl boyunbağı və qolbağı sirkon qaşlı(600 manat); Sırğa və üzük komplekti brilyant qaşlı(l 100 manat); Hədiyyə düzəldilən sırğa-üzük dəsti (200manat); Bacılarının ona hədiyyə etdiyi qızıl boyunbağı(380 manat); Özünə və övladlarına aid geyimlər; Övladlarının oyun əşyaları və 2 ədəd velosiped (150 manat),2 ədəd skooter(60 manat); Özünün dərsliklərdən ibarətdir. Odur ki, məhkəmədən ona aid olan əşyaların iddiaçının mənzilindin çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6 mənzil 5 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2070 nömrəli reyestr kitabının 191491 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2704/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında xx xxxxxx 2012-ci ildə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1504 №-si ilə qeyd edilmiş nikah pozulmalı, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X7 iddiaçı Cavabdeh yanında qalmalı, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xeyrinə X1 hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir (1/3) hissəsi miqdarında aliment tutulmalı, aliment tutulmasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə zamanı işin faktiki hallarından müəyyən edildi ki, İddiaçı oğlu X3 Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan onların xx xxxxxxxx 2013-cü il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Suraxanı rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 arasında nikah ləğv edilmişdir. Cavabdehlə hal-hazırda heç bir qohumluq əlaqəsi qalmadığından və gələcəkdə qohumluq əlaqəsinin bərpası mümkün olmadığı üçün hesab edir ki, cavabdehə məxsus 1 ədəd böyük stol və 8 ədəd stulun, 2 ədəd balaca xalçanın, Yataq mebel dəstinin (2 nəfərlik taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd 3 qapılı dolab), 1 ədəd taxt döşəyi, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd çay dəsmalı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd pərdə, 1 ədəd yataq örtüsü, 2 ədəd yastıq, 1 ədəd dəhliz dolabı (şkafı), 1 ədəd mətbəx stolu və 4 ədəd stulu, 1 ədəd “Beko” markalı soyuducunu, lədəd boz rəngli qaz sobasını, 1 dəst nahar servisini (3 ədəd bulud, 1 ədəd dərin boşqab (supnik), 1 ədəd salfetka qabı, 12 ədəd iri boşqab, 12 ədəd orta ölçülü boşqab, 1 ədəd dərin boşqab, 2 ədəd güldan, 2 ədəd kiçik bulud, 5ədəd nəlbəki, 2 ədəd ləpə qabı, 1 ədəd salat qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 8 ədəd su bokalı, 2 ədəd böyük lepkalı vaz, 2 ədəd kiçik lepkalı vaz, 1 ədəd göy rəngli səbət şəkilli vaz, 2 ədəd mürəbbə qabı, 9 ədəd yemək qaşığı, 10 ədəd böyük çəngəl, 11 ədəd kiçik çəngəl, 7 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 1 ədəd böyük çömçə, 1 ədəd kiçik çömçə, 2 ədəd 2dişli çəngəl, 1 ədəd 3 dişli çəngəl, 1 dəst divan kreslo örtüyü, 1 ədəd “Evrolyuks” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd qarışdıran (mikser), Çörək qabı dəsti (duz, şəkər, qəhvə qabı), 4 ədəd bıçaq, 3ədəd qazan, 2 ədəd tava, 3 ədəd böyük stəkan, 5 ədəd armudu stəkan, 6 ədəd nəlbəkini iddiaçının xüsusi mülkiyyətində olan mənzilindən çıxarılmalıdır. Həmin mənzil Çıxarışla iddiaçıya məxsusdur və həmin mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Cavabdehin əşyaları həmin mənzildə yer tutduğundan iddiaçıya və ailə üzvlərinə kifayət qədər problemlər yaradır. Cavabdeh özü də özünə məxsus cehiz əşyalarının həmin ünvandan çıxarılmasına etiraz etmir. Odur ki, məhkəmə iddiaçının mülkiyyət hüququnun müdafiəsinin təmin edilməsi baxımından, hesab edir ki, hazırki halda iddia tam təmin edilməli, Cavabdeh məxsus cehiz əmlakları – 1 ədəd böyük stol və 8 ədəd stulun, 2 ədəd balaca xalçanın, Yataq mebel dəstinin (2 nəfərlik taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd 3 qapılı dolab), 1 ədəd taxt döşəyi, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd çay dəsmalı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd pərdə, 1 ədəd yataq örtüsü, 2 ədəd yastıq, 1 ədəd dəhliz dolabı (şkafı), 1 ədəd mətbəx stolu və 4 ədəd stulu, 1 ədəd “Beko” markalı soyuducunu, lədəd boz rəngli qaz sobasını, 1 dəst nahar servisini (3 ədəd bulud, 1 ədəd dərin boşqab (supnik), 1 ədəd salfetka qabı, 12 ədəd iri boşqab, 12 ədəd orta ölçülü boşqab, 1 ədəd dərin boşqab, 2 ədəd güldan, 2 ədəd kiçik bulud, 5ədəd nəlbəki, 2 ədəd ləpə qabı, 1 ədəd salat qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 8 ədəd su bokalı, 2 ədəd böyük lepkalı vaz, 2 ədəd kiçik lepkalı vaz, 1 ədəd göy rəngli səbət şəkilli vaz, 2 ədəd mürəbbə qabı, 9 ədəd yemək qaşığı, 10 ədəd böyük çəngəl, 11 ədəd kiçik çəngəl, 7 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 1 ədəd böyük çömçə, 1 ədəd kiçik çömçə, 2 ədəd 2dişli çəngəl, 1 ədəd 3 dişli çəngəl, 1 dəst divan kreslo örtüyü, 1 ədəd “Evrolyuks” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd qarışdıran (mikser), Çörək qabı dəsti (duz, şəkər, qəhvə qabı), 4 ədəd bıçaq, 3ədəd qazan, 2 ədəd tava, 3 ədəd böyük stəkan, 5 ədəd armudu stəkan, 6 ədəd nəlbəkini iddiaçıya məxsus mənzildən cavabdehin hesabına çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakları- 1 ədəd böyük stol və 8 ədəd stulun, 2 ədəd balaca xalçanın, Yataq mebel dəstinin (2 nəfərlik taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd 3 qapılı dolab), 1 ədəd taxt döşəyi, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd çay dəsmalı, 3 ədəd əl-üz dəsmalı, 1 ədəd pərdə, 1 ədəd yataq örtüsü, 2 ədəd yastıq, 1 ədəd dəhliz dolabı (şkafı), 1 ədəd mətbəx stolu və 4 ədəd stulu, 1 ədəd “Beko” markalı soyuducunu, lədəd boz rəngli qaz sobasını, 1 dəst nahar servisini (3 ədəd bulud, 1 ədəd dərin boşqab (supnik), 1 ədəd salfetka qabı, 12 ədəd iri boşqab, 12 ədəd orta ölçülü boşqab, 1 ədəd dərin boşqab, 2 ədəd güldan, 2 ədəd kiçik bulud, 5ədəd nəlbəki, 2 ədəd ləpə qabı, 1 ədəd salat qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 8 ədəd su bokalı, 2 ədəd böyük lepkalı vaz, 2 ədəd kiçik lepkalı vaz, 1 ədəd göy rəngli səbət şəkilli vaz, 2 ədəd mürəbbə qabı, 9 ədəd yemək qaşığı, 10 ədəd böyük çəngəl, 11 ədəd kiçik çəngəl, 7 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 1 ədəd böyük çömçə, 1 ədəd kiçik çömçə, 2 ədəd 2dişli çəngəl, 1 ədəd 3 dişli çəngəl, 1 dəst divan kreslo örtüyü, 1 ədəd “Evrolyuks” markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd qarışdıran (mikser), Çörək qabı dəsti (duz, şəkər, qəhvə qabı), 4 ədəd bıçaq, 3 ədəd qazan, 2 ədəd tava, 3 ədəd böyük stəkan, 5 ədəd armudu stəkan, 6 ədəd nəlbəki İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, mənzil 5-dən Cavabdeh hesabına çıxarılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4348/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4348/2020
03.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver