Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5050/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, mənəvi zərərin əvəzinin alınması və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, mənəvi zərərin əvəzinin alınması və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yalnız öz maraqlan üçün istifadə etdiyi ancaq onun adına rəsmiləşdirilmiş 31.260 manat kredit borcunun tam olaraq cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən əlidən alınaraq öz şəxsi borclarına ödədiyi 7.300 manat dəyərində olan şəxsi qızıl-bəzək əşyalarının dəyərinin özümə qaytarılması, cavabdehə məxsus mənzilin bölünməsi və təmiri üçün ona görə atası tərəfindən xərclənilən 6500 manat pulun ona qaytarılması, cavabdeh tərəfindən əlindən alınan 4000 manat məzuniyyət pulunun özümə qaytarılması, cavabdehin ona vurduğu fiziki və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun ona ödənilməsi, banklara cavabdehin əvəzinə ödədiyi 7.500 manat pulun özünə qaytarılması, iki azyaşlı məktəbli övladının və onun başqa yaşayış yerimi olmadığı nəzərə alınsın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə daimi yaşamaq hüquqlarının tanınması, cavabdehin ümumilikdə 52.760 manat onun xeyrinə ödəməsini, məhkəmə rüsumlarının cavabdehdən tutulmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödənilməmişdir. İddiaçı tələbdə ödəniləcək rüsumun cavabdehdən tutulmasını xahiş etsə də, lakin məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman iddianın növünə uyğun olaraq dövlət rüsumu (rüsumdan azad olunma haları istisna olmaqla) ödənilməlidir. İş üzrə yekun məhkəmə aktı qəbul edən zaman isə iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş rüsum işdə iştirak edən şəxslərə aid edilir. Digər tərəfdən, ərizəçinin dövlət rüsumu ödəməkdən azad edilən şəxslər kateqoriyasına daxil olması da işə əlavə edilmiş sənədlərdən görünmür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar; 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar; 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri; 9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları; 9.1.8. itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər; 9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; 9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar; 9.1.17. iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər; 9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər; 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Hazırkı işdə iddiaçı yuxarıda qeyd edilən kateqoriya şəxslərin dairəsinə aid olması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, mənəvi zərərin əvəzinin alınması və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5050/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5050/2025
10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququnun tanı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver