Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5102/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksində bina 4, giriş 119, mərtəbə 5, mənzil 2, 4 otaqdan ibarət evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmənin icraatına İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi daxil olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, işin məhkəmənin icraatında olan digər mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ 2(010)- 5102/2025) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daxil olmuş başqa bir mülki işlə (№ 2(010)-5098/2025) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş (№ 2(010)- 5102/2025) həmin Məhkəmənin icraatında olan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” iddia tələbinə dair mülki işlə (№ 2(010)-5098/2025) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş (№ 2(010)-5102/2025) həmin Məhkəmənin icraatında olan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” iddia tələbinə dair mülki işlə (№ 2(010)-5098/2025) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(010)-5102/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5102/2025
13.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver