Məhkəmə qərarları › İş №2(010)-741/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-741/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-741/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması barədə ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 25 fevral 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i : Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyat şöbəsinə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. X4 12 may 1945-ci il tarixdə Ermənistanda, Yexeqnadzor rayonunda anadan olmuşdur. Atası xəstə və yaşlı idi. Qəflətən gecə yatmış və yuxuda ikən ölmüşdür. Gözləri zəif görürdü, elə bir ağır xəstəliyi olmadığına görə həkimə müraciət etməmişdik. 23 oktyabr 2020-ci il tarixdə 75 yaşında ev şəraitində vəfat etmişdir. X3 23 oktyabr 2020-ci il tarixdə vəfat etməsi yas mərasimində iştirak etmiş qonşular və qohumlar tərəfindən təsdiq edilə bilər. X4 vəfat etdikdən sonra Xızı rayon qəbirstanlığında 23 oktyabr 2020-ci il tarixdə dəfn edilmişdir. X4 Ermənistan doğumlu olduğuna görə sənəddə adı Kamil deyil Kamul kimi yazılmışdır. Bunu nəzərə alınmasını xahiş edir. Atasının adına ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin maraqlı şəxs cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" -nın 8.05-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. İmtina məktubu ilə 106 saylı ölüm haqqında həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etmək lazım olduğunu iddiaçıya bildirilmişdir. Atasının ölümünün qeyd olunma faktının müəyyən olunması onun adına ölüm şəhadətnaməsi almaq və bəzi məsələlərini həll etmək üçün lazımdır. 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, E.Bəkirli, 11З а ünvanda vəfat etmiş X12 İbrahim oğlunun ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, X4 23 oktyabr 2020ci il tarixdə 75 yaşında infarkt keçirdiyinə görə vəfat etmişdir. Təcili tibbi yardımı şəxsən özü çağırmış, atası vəfat edəndə şəxsən özü, anası Abasova Bənövşə və qardaşı və onun uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Təcili və X8 Stansiyasının 22 saylı bölməsi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 23 oktyabr 2020-ci il tarixdə saat 11.03 radələrində ünvan 2 ünvanında yaşayan 1945-ci il təvəllüdlü Məmmədov Kamul İbrahim oğlunun meyiti aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən 28 oktyabr 2020ci il tarixli, 1114-05/75 saylı məktubuna əsasən Ərizəçi bildirilmişdir ki, onun 23.10.2020-ci il tarixdə vəfat etmiş X3 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq X9 barəsində “Vətəndaşlıq vəziyyət aktları” X1 Sisteminə 28.10.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah edilmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmişdir. Mülki işin materiallarında Azərbaycan Respublikası Xızı rayon İcra Hakimiyyəti Başçısının Xızı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 242 saylı 18 noyabr 2020-ci tarixli arayış Ərizəçi ondan ötrü verilmişdir ki, həqiqətən atası mərhum X9 23.10.2020-ci il tarixində Xızı şəhər qəbristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında Yexeqnadzor rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20 iyun 1983-cü il tarixli, İV-SL 282715 saylı Ərizəçi 3 mart 1969-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum aktların qeydə alınması haqqında kitabında 10 mart 1969-cu il tarixdə 34 sayla qeydə alınmışdır. Ata qrafasında X9, ana qrafasında X6 qeyd edilmişdir. Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 01718931 saylı 16.01.2004-cü il tarixli şəxsiyyət vəsiqəsinə əsasən 12.05.1945-ci il tarixdə X2 Respublikasında, Yexeqnadzor rayonunda anadan olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçini dindirib, iş materiallarını nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, Ərizəçi atası 12.05.1945-ci il təvəllüdlü X9 23.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və dəfn edilmişdir. Mərhumun ölümü haqqında şəhadətnaməsi ərizəçiyə qeydiyyatdan çıxarılması ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi atası 12.05.1945-ci il təvəllüdlü X5 23.10.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi , E.Bəkirli 113 a ünvanda ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası 12.05.1945-ci il təvəllüdlü X5 23.10.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi , E.Bəkirli 113a ünvanda ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar